Yaponiya Şimali Koreyaya qarşı tətbiq etdiyi birtərəfli sanksiyaların müddətini uzadacaq
Tokio, 27 mart, AZƏRTAC
Yaponiya hökuməti Şimali Koreyaya qarşı tətbiq etdiyi birtərəfli sanksiyaların müddətini uzadacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, ölkə hökuməti bu məsələ ilə bağlı araşdırmalara artıq başlayıb.
Qeyd edək ki, Yaponiya hökumətinin Şimali Koreyaya qarşı tətbiq etdiyi birtərəfli sanksiyaların müddəti apreldə başa çatır. Artıq on ildən çoxdur ki, Yaponiya hökuməti hər ilin aprelində bu sanksiyaların müddətini uzadır.
Xatırladaq ki, Yaponiyanın Şimali Koreyaya qarşı sanksiyaları 2006-cı ildə Pxenyan tərəfindən nüvə sınağı keçirildikdən sonra tətbiq edilib. Bundan sonra həmin qadağalar bir neçə dəfə genişləndirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]