Yaponiya yapon jurnalistin həbsinə görə Myanmaya etirazını bildirib
Tokio, 20 aprel, AZƏRTAC
Yaponiya hökuməti Yanqonda etiraz nümayişlərini işıqlandıran yapon jurnalist Yuki Kitazuminin həbsinə görə Myanmaya etirazını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 20-də Tokioda keçirilən ənənəvi mətbuat konfransı zamanı Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato məlumat verib.
“Jurnalistin həbsdə saxlanılması bizim üçün qəbuledilməzdir. Bununla əlaqədar biz Myanma tərəfinə etirazımızı bildirmişik və onun tezliklə azad olunmasını tələb edirik”, - deyə baş katib bildirib.
Xatırladaq ki, 45 yaşlı yapon jurnalist bir gün əvvəl yaşadığı evin yaxınlığında həbs olunub, həmçinin onun evində axtarış aparılıb. Y.Kitazumi hazırda həbsxanadadır. Müstəqil jurnalist ölkədə baş verənlər barədə yalan informasiya yaymaqda günahlandırılır. Təqsirli olduğu təsdiq ediləcəyi halda, onu üç ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, əvvəllər nüfuzlu “Nikkei” qəzetində işləyən Y.Kitazumi hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
- 24.09.2026 [05:19]
Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur
- 24.09.2026 [04:22]
Avropa İttifaqı İrana çağırış edib
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [22:01]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:58]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:52]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:36]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:33]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [21:26]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:58]