Yaponiyada 268 qram çəki ilə doğulan körpə xəstəxanadan evə buraxılıb
Tokio, 27 fevral, AZƏRTAC
Tokioda anadan cəmi 268 qram çəki ilə doğulan körpə evə buraxılıb.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, hazırda körpənin özünü yaxşı hiss etdiyi bildirilir. Qeyd edilir ki, bu dünyada sağ qalmağı bacaran ən kiçik körpədir.
Keyo Universitet xəstəxanasında qeysəriyyə kəsiyi ilə dünyaya gələn körpə ötən ilin avqustunda cəmi 24 həftəlik olarkən doğulub.
Balacanın yeni doğulanlar üçün intensiv terapiya şöbəsində altı aydan çox qaldığı bildirilir. Həmin vaxt ərzində o çəkisini artıraraq 3 kiloqram 200 qram olub. Körpənin fevralın 20-də xəstəxanadan çıxdığı qeyd edilir.
Xəstəxananın həkimi Takeşi Arimitsu deyib ki, xidmət personalı balacanın vəziyyətini çox diqqətlə izləyib. Belə ki, adətən çəkisi 300 qramdan aşağı olan körpələr sağ qalmırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]