YAPONİYADA ATOM ELEKTRİK STANSİYASINDA QƏZA
Stansiyanın 3-cü reaktorundan temperaturu Selsi ilə 270 dərəcəyə çatan buxar sızmışdır. Reaktor avtomatik surətdə dayanmışdır. Yaponiya hökuməti xüsusi bəyanat verərək bildirmişdir ki, radiasiya sızması qeydə alınmamışdır. Ehtimal edilir ki, qəza soyutma sistemində suyun çatışmaması üzündən baş vermişdir.
Xatırladaq ki, Yaponiya tarixində dinc dövrdə ən ciddi nüvə hadisəsi 1999-cu il sentyabrın 30-da Tokaymura şəhərindəki nüvə tullantılarının emalı zavodunda olmuşdur. O vaxt fəhlələr təhlükəsizlik texnikası qaydalarını pozduqlarına görə nəzarət edilə bilməyən atom reaksiyası yaranmışdı. Nəticədə, iki adam şüalanmadan ölmüş və yüzlərlə insan radiasiyadan ciddi zərər çəkmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]