YAPONİYADA AZƏRBAYCANA MARAQ ARTIR
İqtidarda olan Liberal Partiyasının enerji siyasəti komitəsinin sədri A.Amari ölkələrimiz arasında ikitərəfli əlaqələrdən söz açmış, Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin martında Yaponiyaya uğurla keçən səfəri zamanı onunla görüşündən məmnun qaldığını demişdir.
Azərbaycanın enerji sahəsində yürütdüyü siyasətə toxunan nazir, Bakı-Tbilisi-Ceyhan neft kəmərini xüsusi vurğulamışdır.
Yeni təyinatı münasibətilə Akira Amarini təbrik edən səfir Azər Hüseyn, Azərbaycanın iqtisadi inkişaf nazirinin dəvət məktubunu həmsöhbətinə təqdim etmişdir.
Görüşdə Yaponiyanın yeni seçilmiş baş naziri Şinzo Abenin, xarici işlər naziri Taro Asonun Azərbaycana səfərləri, eləcə də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Yaponiyaya səfərləri məsələsi müzakirə edilmişdir.
Azərbaycan diplomatı noyabrın 21-23-də Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Yaponiya birgə iqtisadi komissiyasının növbəti iclasına hazırlıq işləri haqqında məlumat vermişdir. A.Amari rəhbərlik etdiyi nazirliyin yüksək səviyyəli əməkdaşlarının da iclasda iştirak edəcəyini bildirmişdir.
Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının fəaliyyətinin müzakirə olunduğu görüşdə A.Amari, son bir ildə liqa üzvləri sayının 30-dan 50—dək yüksəlməsini Azərbaycana artan maraqla bağlı olduğunu diqqətə çatdırmışdır.