Yaponiyada balıq restoranının işçisi iki uşağı girov götürüb
Tokio, 21 aprel, AZƏRTAC
Aprelin 21-də səhər saatlarında Yaponiyanın Fukuoka prefekturasındakı balıq restoranlarından birində bıçaqla silahlanmış kişi iki uşağı girov götürüb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, polisə daxil olan məlumata görə həmin şəxs restoranın sahibinin iki qızını girov götürüb və onunla görüş tələb edir. Bildirilir ki, təqribən 30 yaşlarında olan həmin şəxs restoranın sabiq işçisidir. Hazırda həmin şəxs restoranın yerləşdiyi dörd mərtəbəli binanın üçüncü mərtəbəsində restoran sahibinin 3 və 6 yaşlı iki qızını girov saxlayıb.
Polis onunla danışıqları davam etdirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]