Yaponiyada “Fukusima-1” AES-də radioaktiv sızma qeydə alınıb
Tokio, 26 mart, AZƏRTAC
Yaponiyada “Fukusima-1” atom elektrik stansiyasında (AES) radioaktiv tullantıların saxlandığı ərazidə sızma qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AES-in operatoru olan “Tokyo Electrik Power Co.” (TEPCO) şirkəti məlumat yayıb. Bildirilir ki, ərazidə gel şəklində kütlə aşkar edilib.
Mütəxəssislərin rəyinə görə, sızıntı tullantıların toplandığı konteynerlərdən birində baş verən korroziya nəticəsində əmələ gəlib. Hazırda ərazidə şüalanmanın intensivliyi saatda 13 millizivert təşkil edir. AES-in özündə aparılan ölçmələr zamanı radiasiyanın artması müşahidə edilməyib.
Qeyd edilir ki, bu yaxınlarda mütəxəssislər prefektura ərazisində normanı on dəfələrlə üstələyən radiasiya mənbəyi aşkar ediblər. Həmin vaxt bunun “Bualoy” və “Hagibis” tufanları ilə əlaqəli olduğu bildirilmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]