Yaponiyada koronavirus pandemiyasına görə ixrac rekord səviyyədə azalıb
Tokio, 21 may, AZƏRTAC
Yaponiyada koronavirus pandemiyasına görə apreldə ixracın həcmi ötən ilin əvvəlki dövrü ilə müqayisədə 21,9 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyinin mayın 21-də yaydığı hesabatda bildirilir. Qeyd edilir ki, bu, 2009-cu ilin dünya maliyyə böhranından sonra Yaponiya iqtisadiyyatında baş verən ən böyük enişdir.
Hesabatda göstərilir ki, ixracın ümumi səviyyəsi 5 trilyon 202 milyard yen (təqribən 48 milyard dollar) həcmində olub və həmin göstərici son 17 ayda azalmaqda davam edir.
Eyni zamanda, həmin ayda Yaponiyaya idxalın həcminin də bir il əvvəlki göstərici ilə müqayisədə 7,2 faiz azalaraq 6 trilyon 132 milyard yen (təqribən 57 milyard dollar) səviyyəsinə düşdüyü qeyd edilir. Bu göstəricinin də son 12 ayda azalmaqda davam etdiyi bildirilir.
Xatırladaq ki, Yaponiya hökuməti mayın 18-də iqtisadiyyatın hazırkı dinamikası şəraitində ümumi daxili məhsulun (ÜDM) 2020-ci ilin sonunadək 3,4 faiz azalacağı barədə proqnozunu açıqlayıb. Bununla yanaşı, cari ilin ilk rübündə Yaponiyada ÜDM-in ötən ilin son rübü ilə müqayisədə 0,9 faiz azaldığı da bildirilir.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 17 min 100 nəfəri ötüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
- 10.10.2026 [06:23]
Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam
- 10.10.2026 [06:06]
“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:31]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [19:22]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [19:21]
AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub
- 09.10.2026 [19:05]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:59]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [18:57]
MDU-da müxtəlif illərin məzunları bir araya gəlib
- 09.10.2026 [18:49]
MDB məkanı üçün yeni töhfələr - TƏHLİL
- 09.10.2026 [18:39]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [18:37]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 09.10.2026 [18:24]