YAPONİYADA MOBİL RABİTƏ VASİTƏSİLƏ QOXULARIN ÖTÜRÜLMƏSİ TEXNOLOGİYASI HAZIRLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Yaponiyanın ən iri “NTT Communications” telekommunikasiya şirkəti aprelin 10-dan 20-dək mobil telefonlar üçün yeni “Mobil ətirli ünsiyyət” xidmətinin sınaqdan keçiriləcəyini elan etmişdir. Şirkətin bəyanatında deyilir ki, yeni xidmət növü sayəsində danışıq zamanı xüsusi qurğunun hazırladığı qoxuları duymaq olar.
Yeni xidmətin istifadəçiləri danışıqlar zamanı bir-birinin mobil telefonuna elə kodlar göndərə biləcəklər ki, həmin kodlar telefonda quraşdırılmış və qoxular “istehsal edən” qurğuya ötürülərək, müsahibdə ətir duyğusu yaradacaqdır.
Qoxular haqqında məlumatlar telefona internetdən “yüklənəcək” və infraqırmızı portun köməyi ilə “ətir” qurğusunun informasiya daşıyıcısına yazılacaqdır.
Kompyuterlər üçün NTT tərəfindən təqdim edilən “Ətirli ünsiyyət” xidmətindən Yaponiyada 2005-ci ildən uğurla istifadə olunur.
İstifadəçilərin kompyuterlərinə qlobal şəbəkə vasitəsilə qoxular haqqında məlumatlar daxil olur, xüsusi qurğuya isə “baza” “ətirləri” adlanan “ətirli” kartriclər qoyulur.
NTT şirkəti həm də bildirmişdir ki, tezliklə yapon operatorlardan yeni xidmətə sifarişlərin qəbuluna başlayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]