Yaponiyalı alimlər Hüquq və İnsan Haqları İnstitutunda
Bakı, 28 mart, AZƏRTAC
Yaponiyanın Saitama Universitetinin nəzdində fəaliyyət göstərən İctimai və Sosial Elmlər Ali Təhsil Məktəbinin professorları Makoto Nagasava və Seichiro Nakabayaşi Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda olublar. Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
İnstitutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə qonaqlara rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti barədə məlumat verib. O, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsindən və münaqişə barədə həqiqətlərin beynəlxalq aləmə çatdırılmasının vacibliyindən danışıb.
Görüşdə hüquq elminin müxtəlif sahələri, informasiya və kibertəhlükəsizlik, bioetika və bu sahələrdə qanun yaradıcılığının gələcək inkişafı və insan hüquqlarının təmin olunması, süni intellektin işlənməsi və tətbiqi, bu texnologiyanı tənzimləməli olan qanunlar ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]