Yaponiyanın Baş naziri ABŞ Prezidenti ilə Şimali Koreya məsələsini müzakirə etmək niyyətindədir
Tokio, 26 mart, AZƏRTAC
Yaponiyanın Baş naziri Yoşihide Suqa ABŞ Prezidenti Co Baydenlə gözlənilən görüşündə Şimali Koreya məsələsini də müzakirə etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, martın 26-da parlamentdə çıxışı zamanı bu barədə danışan Y.Suqa ikitərəfli sammitdə Şimali Koreyanın son raket buraxılışlarına xüsusi diqqət yetiriləcəyini qeyd edib.
Y.Suqa deyib ki, bu akt Yaponiyanın təhlükəsizliyinə qarşı təhdiddir və bununla barışmaq olmaz. Baş nazir əlavə edib ki, Yaponiya bu hərəkətləri daha ciddi şəkildə izləməli və sayıqlığı artırmalıdır.
Bu problemin Yaponiya-ABŞ sammitində müzakirə ediləcək əsas mövzulardan biri olacağı barədə sualı cavablandıran Baş nazir bildirib ki, o, hələlik həmin sammitin mövzularını açıqlamaq istəmir.
Lakin Y.Suqa deyib ki, o, ABŞ Prezidenti ilə Şimali Koreyaya münasibətdə xarici siyasəti əlaqələndirmək niyyətindədir. Buraya həmin ölkənin raket proqramları da daxildir. Baş nazir ümid etdiyini bildirib ki, müzakirələr zamanı həmin mövzuya da toxunulacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]