Yaponiyanın Baş naziri Rusiya ilə sülh müqaviləsinin imzlanmamasından təəssüfləndiyini bildirib
Tokio, 7 fevral, AZƏRTAC
Rusiya ilə sülh müqaviləsinin hələ də imzalanmaması və “şimal torpaqları” məsələsinin həll olunmaması dərin təəssüf hissi doğurur.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Yoşihide Suqa fevralın 7-də ənənəvi olaraq hər il keçirilən “Şimal torpaqlarının qaytarılması” milli qurultayında çıxışı zamanı bildirib.
Baş nazir deyib ki, İkinci Dünya müharibəsindən 75 il keçməsinə baxmayaraq, iki ölkə arasında ərazi probleminin həll edilməməsi və sülh müqaviləsinin hələ də imzalanmaması böyük təəssüf doğurur.
“Ötən ilin sentyabrında, mən Baş nazir olduqdan sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı biz dialoqun davam etdirilməsi və sülh müqaviləsinin imzalanması barədə razılığa gəldik”, - deyə Y.Suqa xatırladıb.
Yaponiyanın Baş naziri əlavə edib ki, koronavirus pandemiyasına baxmayaraq, qurultayın keçirilməsi çox dərin məna daşıyır.
Yaponiyada hər il fevralın 7-də qeyd edilən Şimal Əraziləri Günündə milli qurultay keçirilir. Tədbirdə Baş nazir, xarici işlər naziri və hökumətin digər üzvləri iştirak edirlər. Bu il koronavirus pandemiyasına görə tədbir onlayn formatda keçirilib.
Xatırladaq ki, Tokio İkinci Dünya müharibəsi nəticəsində keçmiş SSRİ-nin tərkibinə daxil olan Cənubi Kuril adaları qrupuna aid Kunaşir, İturup, Şikotan və Habomai adalarının geri qaytarılmasını tələb edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]