Yaponiyanın bütün ərazisində güclü yağışlar gözlənilir
Tokio, 25 iyul, AZƏRTAC
Sinoptiklərin verdiyi məlumata görə, istirahət günlərində bütün Yaponiya ərazisində güclü yağışlar proqnozlaşdırılır.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, atmosfer təzyiqinin aşağı düşməsi və uzunsürən yağışlar fəsli geniş ərazidə qeyri-sabit hava şəraiti yaradıb.
Bildirilir ki, bazar günü səhər saatlarınadək yaxın 24 saat ərzində Tokio rayonunda 250 millimetr, Şikokuda 200 millimetr, Kinkidə 180 millimetr, Kyuşü adasının cənubunda və Kanto-Koşin regionunda 120 millimetr yağıntı düşəcəyi gözlənilir.
Rəsmi şəxslər sakinləri torpaq sürüşmələrinə və daşqınlara qarşı diqqətli olmağa çağırırlar.
Bildirilir ki, bu yaxınlarda leysan yağışlarının böyük fəsadlar yaratdığı Kyuşü adasında hətta kiçik miqdarda yağıntı belə təbii fəlakətə səbəb ola bilər.
Meteoroloqlar əhaliyə yerli hakimiyyət orqanlarının təxliyə barədə xəbərdarlığını diqqətlə izləməyi və ehtiyac yaranacağı təqdirdə yaxınlıqdakı təxliyə mərkəzlərinə yerləşməyi tövsiyə edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]