Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya
Əlahəzrət,
Ölkənizin milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-Yaponiya münasibətləri dinamik inkişaf yolundadır. Əminəm ki, ölkələrimizi birləşdirən dostluq əlaqələrinin, bir çox sahələri əhatə edən və qarşılıqlı maraq doğuran ikitərəfli əməkdaşlığımızın inkişafı bundan sonra da müvəffəqiyyətlə davam edərək xalqlarımızın rifahına xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımızı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yaponiya xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 dekabr 2010-cu il.