Yaponiyanın Yokohama limanında rekord miqdarda kokain müsadirə olunub
Tokio, 16 aprel, AZƏRTAC
Yaponiyanın gömrük orqanları tərəfindən Yokohama limanındakı gəmidə küçə satışı qiyməti təqribən 14 milyard yen (130 milyon dollar) olan 700 kiloqram kokain aşkar edilərək götürülüb.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, ölkə üçün rekord miqdarda hesab edilən həmin narkotik vasitə sonuncu dəfə Kobe limanındakı yük konteynerindən müsadirə edilən kokaindən 400 kiloqram çoxdur.
Gömrük orqanlarının bildirdiyinə görə, yükün sahibinin böyük beynəlxalq qaçaqmalçı sindikat olduğu güman edilir. Həmin yükün banan qutularının və digər əşyaların olduğu konteynerdə gizlədildiyi və gömrükçülər tərəfindən martın sonu, aprelin əvvəllərində aşkar edildiyi də bildirilir.
Bundan əlavə, istintaq zamanı gəminin heyət üzvlərinin bu yük barədə məlumatlı olmadığını dedikləri qeyd edilir.
Gömrük orqanlarının yükün Yokohama limanına səhvən göndərilməsinin mümkünlüyünü güman etdikləri də bildirilir.
Hazırda araşdırmalar davam edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]