Yaponiyaya azı 500 min xarici işçi gətiriləcək
Bakı, 31 may, AZƏRTAC
Yaponiya 2025-ci ilə qədər ən azı 500 min xarici işçi cəlb edəcək.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Yaponiya hökuməti, əsasən kənd təsərrüfatı və inşaat sahəsində işçi qüvvəsi çatışmazlığı səbəbindən 2025-ci ilədək ölkəyə azı 500 min xarici işçinin cəlb edilməsinə qərar verib.
Yaponiyanın Baş naziri Sinzo Abenin yeni iqtisadi siyasətində yer alacağı gözlənilən qərar payız aylarında parlamentə təqdim olunacaq. Qərara əsasən, kənd təsərrüfatı, inşaat, səhiyyə və gəmiqayırma kimi sahələrdə fəaliyyət göstərəcək işçilər beş ilə qədər ölkədə qala bilsələr də, ailələrini yanlarına gətirə bilməyəcəklər.
Qeyd edək ki, 2008-ci ildə Yaponiyada 480 min xarici işçi qeydiyyatdan keçdiyi halda, 2017-ci ildə bu göstərici 1,2 milyon nəfərə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]