YAPONLAR 182 MİN DOLLAR DƏYƏRİNDƏ QIZIL TOP SATIRLAR
AZƏRTAC Kodo agentliyinə istinadla xəbər verir ki, Yaponiyanın “Takasimaya” universal mağazalar şəbəkəsi xalis qızıldan hazırlanmış futbol topunu satışa çıxaracaqdır. Bu, Almaniyada dünya çempionatının görüşlərində oynanılacaq topun dəqiq surətidir. Onun ağırlığı təxminən 3 kiloqram, dəyəri isə 182 369 dollardır.
Gümüş altlıqda yerləşdirilən qızıl topun cümə günü Tokioda təqdimat mərasimi keçirilmişdir. Bu da təsadüfi deyildir. Belə ki, Yaponiya yığma komandası dünya çempionatına məhz həmin gün yola düşmüşdür.
Xatırladaq ki, Almaniyada yaponlar “F” qrupunda Braziliya, Xorvatiya və Avstraliya komandaları ilə qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]