“YARAMAZ” FİLMİNİN EKRAN HƏYATININ 20 YAŞI VAR
Bakı, 5 may (AZƏRTAC). Dövlət Film Fondunun təşkilatçılığı ilə mayın 19-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rejissor, xalq artisti Vaqif Mustafayevin çəkdiyi “Yaramaz” filminin ekran həyatının 20 illiyinə həsr olunmuş tədbir keçiriləcəkdir.
Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirmişdir ki, bu film Azərbaycanın kino tarixində ilk dəfə faciə-məzhəkə janrında çəkilmişdir. Rejissorun bu ekran əsərində iyirmi il əvvəl toxunduğu problem indi də aktualdır. Təsadüfi deyildir ki, görkəmli italyan bəstəkarı Bernardo Bertoluççi dünyanın ən yaxşı 35 ekran əsəri sırasında kifayət qədər beynəlxalq mükafatlar almış “Yaramaz”ın da adını çəkmişdir.
Filmdə Həsən Turabov, Məlik Dadaşov, Rasim Balayev, Yaşar Nuri, Mamuka Kikaleyşvili, Larisa Borodina, Səidə Quliyeva, Nuriyyə Əhmədova, Nazim Ağayev, Ağahüseyn Kərimov və başqa tanınmış aktyorlar çəkilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]