Yardımlıda quldurluq edən şəxs tutulub
Bakı, 22 avqust, AZƏRTAC
Yardımlı şəhəri ərazisində quldurluq edən şəxs tutularaq istintaqa cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC -a bildiriblər ki, avqustun 20-də Yardımlı şəhəri ərazisindəki mağazalardan birinə gəlmiş naməlum şəxs orada işləyən A.Cəfərovu bıçaqla hədələyib 100 manat pulunu alıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ağayev Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]