YARIM TONLUQ MEKSİKA SAKİNİ HƏKİMLƏRDƏN İMDAD GÖZLƏYİR
Əvvəllər Manuelin çəkisi təxminən 130 kiloqram idi. Lakin vəziyyət bir neçə il bundan əvvəl nəzarət altından çıxmış və binəva yataq xəstəsinə çevrilmişdir. O, ayağa qalxmaq üçün bloklar sistemindən istifadə etməyə məcburdur. Ştatın hakimiyyət orqanları ona kömək etmək qərarına gəlmişlər. Çox güman, onun həzm orqanlarında cərrahiyyə əməliyyatı aparmaq lazım gələcəkdir.
Statistikaya görə, Meksika əhalisinin yarısı artıq çəkidən, 16 faizi isə piylənmədən əziyyət çəkir. Mütəxəssisləri 6 yaşından 12 yaşınadək uşaqların 25 faizində bu problemə rast gəlinməsi faktı narahat edir. Meksikanın Səhiyyə Nazirliyi televiziya reklamları hazırlamışdır. Burada bel dairəsini tez-tez ölçmək məsləhət görülür, belə ki, qadınların bel dairəsi 80 santimetrdən, kişilərinki isə 90 santimetrdən yuxarı olmamalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]