Yasamal rayonunda koronavirus xəstələri ictimai yerdə aşkarlanaraq saxlanılıblar
Bakı, 27 may, AZƏRTAC
Mayın 26-da Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşları ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerlərini tərk edən aktiv koronavirus xəstələri olan Bakı şəhər sakinləri N.Əhmədov və T.Əhmədovanı ictimai yerlərdə aşkarlayaraq saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıblar. Həmin şəxslər tibbi prosedurlara əməl olunmaqla evlərinə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]