Yasamal rayonunda seçicilərin öz iradələrini sərbəst ifadə etməsi üçün hər cür şərait yaradılıb
Bakı, 1 noyabr, Əziz Məmmədov, AZƏRTAC
Noyabrın 1-də səhər saat 8:00-da Yasamal rayonunda V çağırış Milli Məclisə seçkilər başlanıb. Seçicilər məntəqəyə gəlir və öz namizədlərinə səs verirlər.
15 saylı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Sərdar Süleymanov AZƏRTAC-a bildirib ki, burada 43300 seçicinin öz iradəsini sərbəst ifadə etməsi üçün hər cür şərait yaradılıb. Onlardan 330-u seçkilərdə ilk dəfədir ki, iştirak edir. O deyib: “Seçkilər başlamazdan əvvəl bütün seçki məntəqələrində yerli və xarici müşahidəçilərin iştirakı ilə müvafiq tədbirlər görülüb: məntəqələr vaxtında açılıb, seçki qutuları möhürlənib və digər zəruri işlər görülüb. Dairədə 31 məntəqə fəaliyyət göstərir, onlardan 10-da veb-kamera quraşdırılıb. Bunların vasitəsilə internet istifadəçiləri səsvermənin gedişini onlayn rejimində izləyə bilərlər”.
S.Süleymanov qeyd edib ki, dairə üzrə deputatlığa 8 nəfər namizəd qeydiyyatdan keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]