Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaşar Bəşirov: Karateçilərimiz 2018-ci ili uğurla başa vurublar

Yaşar Bəşirov: Karateçilərimiz 2018-ci ili uğurla başa vurublar

Bakı, 28 dekabr, Leyla Qurbanova, AZƏRTAC

Artıq 2018-ci il başa çatır. İdmanın bütün növləri üzrə ölkə çempionatlarına yekun vurulub, yığma komandaların əsas heyəti müəyyənləşib. Bunlardan biri də karatedir. Karatenin Olimpiya Oyunlarının proqramına daxil edilməsindən sonra idmanın bu növü inkişafının yeni mərhələsinə qədəm qoyub.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov AZƏRTAC-a məxsusi müsahibəsində karatenin ölkəmizdə sürətli inkişafından, idmançılarımızın başa çatmaqda olan ildə qazandıqları uğurlardan danışıb. Müsahibəni təqdim edirik.

- Yaşar müəllim, əvvəlcə builki nəticələrə nəzər salaq. Karateçilərimiz üçün 2018-ci ili uğurlu hesab etmək olarmı?

- Ümumiyyətlə, Azərbaycan idmanı üçün il-ildən uğurlu olur. Atletlərimiz qatıldıqları əksər yarışlardan Vətənə medallarla qayıdırlar. Bu ili karateçilərimiz üçün də uğurlu hesab etmək olar. Cari ildə karateçilərimiz rəsmi beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də dünya kuboku, premyer liqa, A seriyası və yeniyetmələr liqası kimi vacib yarışlarda 132 medal qazanıblar. Bu medalların 29-u qızıl, 38-i gümüş və 47-si bürüncdür.

İlin əvvəlində milli komandanın lideri Rafael Ağayev “kiçik dünya çempionatı” adlandırılan və 81 ölkədən 756 idmançının mübarizə apardığı Paris Premyer Liqasında gümüş, Dubayda 74 ölkədən 626 karateçinin iştirak etdiyi mövsümün ikinci Premyer Liqa turnirində isə qızıl medal qazanıb. Dubay turnirində Ayxan Mamayev (84 kq) və Nuranə Əliyeva (50 kq) yarışı üçüncü pillədə başa vurublar. Rotterdamda Karate 1 Premyer Liqa turnirində isə komandamız üç bürünc medal qazanıb. Mərakeşdə keçirilən dördüncü Premyer Liqa turniri karateçilərimizin mayın əvvəlində Serbiyada təşkil olunan Avropa çempionatına sonuncu hazırlıq yarışı idi. Rabat sınağını dörd medalla başa vuran yığmamız mayın ilk günlərində Serbiyada keçirilən 53-cü Avropa çempionatında tarixi qələbəyə imza atdılar. Qitə birinciliyində biri qızıl, ikisi gümüş, ikisi bürünc olmaqla 5 medal qazanmaq yüksək nəticədir. Rafael Ağayev növbəti dəfə birinci yeri tutmaqla on birinci dəfə Avropa çempionu olub. Bu nəticə ilə Azərbaycan 52 ölkə arasında altıncı pilləyə qalxıb.

Avropa çempionatından sonra 72 ölkədən 763 idmançının iştirak etdiyi Berlin Premyer Liqa turnirində millimiz iki gümüş və bir bürünc medal qazanıb. Bu turnirlər, həm də idmançılarımızın reytinq xallarını artırmaq baxımından əhəmiyyətlidir.

Madriddə keçirilən sonuncu dünya çempionatında 140 ölkə arasında yeddinci yeri tutmağımız idmanın bu növündə yığma komandamızın potensialının yüksək olduğunu göstərir. Dünya çempionatında nəticələr bir qədər də yaxşı ola bilərdi. Müəyyən dərəcədə hakimlərin, həmçinin öz səhvlərimizin ucbatından medallardan məhrum olduq. Rafael Ağayev növbəti dünya çempionluğuna imza ata bilərdi. İlk dəfə qadınlar arasında dünya çempionluğunu qazandıq. İrina Zaretska qızıl medal əldə etdi. Bu nüfuzlu idman yarışında rekord sayda iştirakçılar arasında çəmi 27 ölkənin təmsilçisi medala sahib oldu. Karateçilərimiz bu nəticələrlə həm dünya reytinq cədvəlində irəlilədilər, həm də Tokio Olimpiadasına lisenziya verən reytinq xallarını artırdılar. Təbii ki, qazanılmış uğurlar bizi arxayınlaşdırmır.

- Yeniyetmə və gənclərdən ibarət komandaların iştirak etdiyi beynəlxalq yarışlarla bağlı məlumat verərdiniz. Bu sahədə hansı nailiyyətlər əldə edilib?

- Ümumiyyətlə, federasiya yeniyetmə və gənclər arasında karatenin inkişafına böyük önəm verir. İlin əvvəlindən çoxlu sayda beynəlxalq yarışda ayrı-ayrı yaş qrupları üzrə idmançıların iştirakı diqqətdə saxlanılıb. Təsadüfi deyil ki, son illər bütün çəki dərəcələrində həm qızlar, həm də oğlanlar arasında perspektivli idmançılar yetişir.

Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız ilin ilk yarışında - Xorvatiyada 27-ci Qran-Pridə uğurla çıxış edərək 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. Soçidə yeniyetmələr arasında 45-ci, 21 yaşadək gənclərin 10-cu Avropa çempionatında karateçilərimizin tarixi nəticəsini də xüsusi vurğulamalıyam. Qırx dörd ölkədən 956 idmançının iştirak etdiyi Avropa çempionatında Azərbaycan komandası 4-ü qızıl olmaqla 6 medal qazanaraq beşinci yeri tutub. İranda “Tehran Open” beynəlxalq turnirində qazanılan 14 medaldan beşi qızıl, beşi gümüş, dördü isə bürünc olub. Türkiyədə Qara dəniz və Xəzər dənizi Ölkələrinin Karate Federasiyasının uşaq, yeniyetmə və gənclər arasında təşkil etdiyi çempionatda Azərbaycan karateçilərinin 34 medala sahib olmaları da sevindirici haldır. Fürsətdən istifadə edib vurğulamaq istəyirəm ki, bu təşkilata bir müddətdir mən rəhbərlik edirəm. Üç gün davam edən nüfuzlu yarışda 11 qızıl, 12 gümüş və 11 bürünc mükafata sahib olan idmançılarımız 8 ölkədən 94 klub və seçmə komandanı təmsil edən iştirakçılar arasında ikinci yeri tutublar. Tbilisidə növbəti “Georgian Open” beynəlxalq turnirində Bakı, Sumqayıt, Gəncə, Quba, Qazax, Zəngilan və digər regionları təmsil edən klubların tərkibində yüzdən artıq müxtəlif yaşlı idmançı tatamiyə çıxıb və onların arasında daha yaxşı nəticəni aşağı yaşlı karateçilərimiz göstərib. Şübhəsiz, bu nəticələrin əldə edilməsi üçün görülmüş işlər mütəmadi şəkildə davam etdirilir. Karateçilər dekabrın 17-də İtaliyada yeniyetmələr arasında bu ilin son yarışından ikisi qızıl, biri isə gümüş olmaqla üç medalla dönüblər. Karatenin kütləviliyini təmin etmək, ona marağı artırmaq məqsədilə hər il ölkəmizdə, həmçinin bir sıra beynəlxalq turnirlər təşkil edilir ki, idmançılarımız bu yarışlarda yüksək fəallıq göstərirlər.

- Ölkəmizdə karate üzrə beynəlxalq turnirlərin təşkilində əsas məqsəd nədən ibarətdir?

- Karatenin coğrafiyasını daha da genişləndirmək, kütləviliyini təmin etmək, uşaq və yeniyetmələrdə ona marağı artırmaq əsas məqsədlərdən biridir. Kiçikyaşlı karateçilər arasında AMKF və "Arpaçay" klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş beynəlxalq turnirdə bütün yaş qrupları üzrə Rusiya, İran, Özbəkistan, İsrail və Azərbaycanın müxtəlif regionlarından 60-dək klubun tərkibində 700-dən artıq uşaq, yeniyetmə və gənc mübarizə aparıb. İdmançılarımız bu turnirdə uğurla çıxış ediblər. Bu ilin iyununda Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş Qara dəniz və Xəzəryanı ölkələr arasında karate üzrə beynəlxalq turnirdə 5 ölkədən 100 komandanın tərkibində min idmançı gücünü sınayıb. Hər il karate üzrə ənənəvi “Baku Open” turniri keçiririk ki, onun miqyası ildən-ilə genişlənir. Bu il keçmiş SSRİ-də karatenin 40 illik yubileyinə həsr olunan və üç gün davam edən IX turnirə Sovet İttifaqında karatenin banisi olan Şturmin də qonaq kimi dəvət olunmuşdu. Yarışda keçmiş SSRİ-nin müxtəlif respublikalarından tanınmış veteran karate ustaları, ümumilikdə 14 ölkədən 850-dək idmançı mübarizə aparıb. Turnir çərçivəsində dünya şöhrətli karateçimiz Rafael Ağayevin rəhbərliyi ilə uşaq və yeniyetmə idmançılar üçün seminar təşkil edilib. Gələn il ənənəvi “Baku Open” beynəlxalq karate turnirinin on illik yubileyinin daha geniş miqyasda təşkil edilməsi nəzərdə tutulub. Keçən il Naxçıvanda müstəqilliyimizin 25 illiyinə həsr olunmuş turnir təşkil etdik. Gələn ilin mayında isə muxtar respublikada beynəlxalq yarış təşkil etməyi nəzərdə tutmuşuq. Qeyd edim ki, karate üzrə Azərbaycan çempionatının yekun nəticələrinə görə, artıq bütün yaş qrupları üzrə millimizin heyəti müəyyənləşib. Növbəti il üçün plan və perspektivlər üzərində işləyirik.

- Budəfəki Azərbaycan çempionatında rəqabətin səviyyəsi sizi qane etdimi? Yığmada yeni adlar var?

- Əvvəlcə, onu qeyd edim ki, Azərbaycan karateçiləri dünyada ən güclü rəqiblərdən sayılırlar. Belə olan vəziyyətdə, təbii ki, rəqabət yüksək olur. Respublika çempionatından qabaq dünya çempionatı keçirilmişdi və bəzi idmançılarımız orada zədələndiklərinə görə bu yarışda iştirak etmədilər. Firdovsi Fərzəliyev və Şahin Atamov yarışlara qatıla bilməyiblər. Liqa yarışlarında iştirak edən bu idmançıların reytinq xalları yüksəkdir. Ümumiyyətlə, belə idmançılarımız “Top 50”-liyə daxil olduqları üçün onları kənarda saxlaya bilmərik. Amma, təbii ki, zədələri sağalandan sonra birinci yeri tutan idmançılarla güclərini sınayacaqlar. Çempionatın qalibləri ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcəklər. Azərbaycan çempionatının nəticələri göstərdi ki, yığma komandanın üzvləri yüksək potensiala malikdirlər. Eyni zamanda, gənclər arasında güclü idmançılar yetişir. Ölkə çempionatına bu dəfə daha çox klub və cəmiyyətlər qatılmışdılar.

- Federasiyanın idman klub və cəmiyyətlərlə əlaqələri hansı səviyyədədir? Ümumiyyətlə, karatenin inkişafında bu qurumların rolunu necə qiymətləndirirsiniz?

- Budəfəki ölkə çempionatında Bakıdan və bölgələrdən 35 klub və cəmiyyətdən, o cümlədən idman idarələrindən 591 karateçi qüvvəsini sınayırdı. Onlardan 21-nin təmsilçiləri medal qazandılar. “Qara Qaplan” idman klubu, Mərkəzi Karate Məktəbi, Naxçıvanın “Arpaçay” karate idman klubu, Sumqayıt şəhərinin klubları və DİN idman cəmiyyətinin yarışlarda fəallığını xüsusi qeyd etməliyəm. Federasiya karatenin təmsil olunduğu idman qurumları ilə sıx əlaqələr qurub. Onların fəaliyyətində daim dəstək verməyə çalışır, yarışlarda, müxtəlif seminar, təlim və digər tədbirlərdə iştiraklarını təmin edirik. Karatenin inkişafında bu qurumların çox böyük rolu var.

- İlk Avropa Oyunlarında karateçilərimiz böyük qələbəyə imza ataraq birinci yeri tutublar. Gələn il ikinci Avropa Oyunları keçiriləcək. Bu nüfuzlu yarışlarda komandamızın potensialını necə qiymətləndirirsiniz?

- Qitə oyunlarına vəsiqəni ancaq Avropa çempionatında qazanmaq olar. Gələn ilin martında İspaniyada keçiriləcək Avropa çempionatında ilk altılıqda yer alan karateçilər köhnə qitənin növbəti nüfuzlu yarışında ölkəmizi təmsil edəcəklər. Birinci Avropa Oyunlarında 6 oğlan, 6 qız qüvvəsini sınayırdı. İdmançıların bütün çəki dərəcələrində qüvvəsini sınamaq imkanı var idi. Komandamızın üzvləri dörd finalın dördündə də qızıl medal qazanıb, ümumi hesabda birinci oldular. İdmançılarımız heç də zəifləməyiblər və düşünürəm ki, nəticələr yaxşı olacaq.

- 2019-cu il “Tokio-2020”yə əsas hazırlıq ilidir. Karateçilərimiz tarixdə ilk dəfə olaraq, Olimpiya Oyunlarında iştirak edəcəklər. Yüksək nəticəyə ümid etmək olarmı?

- Olimpiya Oyunlarından sonra ən böyük yarış sayılan dünya çempionatında karateçilərimiz uğurlu nəticələr qazanırlar. Növbəti ildə əsas diqqəti lisenziya xarakterli yarışlara yönəldəcəyik. Düşünürəm ki, karateçilərimizin Olimpiadada uğurlu çıxışına ümid etmək olar. Olimpiya Oyunlarında hər ölkədən kumite yarışında 3 kişi, 3 qadın, katada isə 1 qadın, 1 kişi idmançı mübarizə apara bilər. Ümid edirəm ki, “Tokio 2020”yə 3-4 vəsiqə əldə edə bilərik. Bunun üçün hazırlıq prosesinə diqqəti daha da artıracağıq. Qarşıda böyük perspektivlər var. İdmana dövlət tərəfindən göstərilən böyük diqqət və qayğı nəticəsində qarşıya qoyulan bu məsuliyyətli işin öhdəsindən yüksək səviyyədə gələcəyimizə inanırıq.

2020-ci ilin martın 26-dan 29-dək Bakıda Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli karate üzrə 55-ci Avropa çempionatı keçiriləcək. Azərbaycan son üç ildə birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi nüfuzlu idman tədbirlərinə, müxtəlif idman növləri üzrə dünya, Avropa çempionatlarına yüksək səviyyədə ev sahibliyi edib. Əminik ki, Tokio Olimpiadasına son seçimlərin baş tutacağı qitə çempionatında karateçilərimiz böyük uğur əldə edəcəklər.

Onu da xüsusi qeyd etmək istəyirəm ki, nəticələrə uyğun olaraq ilin yekunlarına həsr olunan tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevin təltif etdiyi idmançılar arasında karateçilər də yer alırlar.

İdmanda böyük nəticələr əldə edən karateçiləri dəstəkləyən və uğurlarını yüksək qiymətləndirən, eləcə də idmançıların sosial qayğılarının həllinə həssas yanaşan dövlətimizin başçısı İlham Əliyevə milli komandanın üzvləri və federasiyanın kollektivi adından, şəxsən öz adımdan dərin minnətdarlığımı bildirir, göstərilən etimadı doğrultmağa çalışacağıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib