Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaşar Əliyev: Ermənistan suriyalı qaçqınlarla bağlı böhrandan öz maraqları üçün istifadə edir

Yaşar Əliyev: Ermənistan suriyalı qaçqınlarla bağlı böhrandan öz maraqları üçün istifadə edir

Nyu-York, 24 noyabr, AZƏRTAC

Noyabrın 23-də BMT Baş Məclisinin 61-ci plenar iclası keçirilib. Miqrantların, o cümlədən qaçqın statusu almaq istəyənlərin Aralıq dənizi hövzəsində üzləşdiyi faciə barədə qlobal məlumatlandırma məsələlərinə həsr edilmiş iclasda Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev çıxış edib.

Azərbaycanlı diplomat davam edən münaqişələrin sülh işinə vurduğu zərərdən söhbət açaraq qeyd edib ki, bu münaqişələr çox böyük humanitar nəticələrlə müşayiət olunur. Hazırda dünyada qaçqınların sayı İkinci Dünya müharibəsi dövründən bəri ən yüksək həddə - 60 milyona çatıb, onların yarısı uşaqlardır. Yaşar Əliyev bildirib ki, bu böhran həm qaçqınların sayı ilə, həm də bu insanların humanitar ehtiyaclarının miqyası ilə əlamətdardır. O vurğulayıb ki, əgər bu insanlara vaxtında müvafiq yardım göstərilməsə, nəticələr daha ciddi ola bilər.

Azərbaycanlı diplomat Suriyada olan qaçqınlarla bağlı böhrana diqqəti cəlb edərək vurğulayıb ki, Suriya əhalisinin az qala yarısı öz daimi yaşayış yerlərini tərk etməyə məcbur olub, dörd milyondan çox insan bu ölkəni tərk edib. Hələ davam edən bu prosesin nə vaxt başa çatacağı məlum deyil, beləliklə, qaçqınların mənşə ölkələri, onların yolundakı tranzit dövlətlər və son təyinat məntəqəsi olan ölkələr üçün əvvəllər görünməmiş problemlər yaranır. Y. Əliyev qaçqınlara sığınacaq verilməsi və yardım göstərilməsi məsələsində Türkiyə, İordaniya, Livan və başqa ölkələrin gördüyü tədbirləri bəyəndiyini bildirərək qeyd edib ki, Azərbaycan BMT Baş Katibinin qaçqınlara kömək göstərən ölkələrin sayının az olması və onlara münasibətdə məsuliyyətin başqa dövlətlər arasında bölüşdürülməsinin zəruri olması fikrinə şərikdir. Dövlətlər öz miqrasiya siyasətini müəyyən etməli, bu məsələyə hərtərəfli yanaşmalı, miqrantlar, qaçqınlar və sığınacaq istəyən insanlar barəsində ayrı-seçkilik, ksenofobiya siyasətindən çəkinməlidirlər.

Y. Əliyev daha sonra auditoriyanın diqqətini Ermənistanın silahlı təcavüzü, Azərbaycan ərazilərini işğal etməsi və bu ərazilərdə uzun müddət qanunsuz əməllər törətməsi faktlarına cəlb edib. O deyib ki, Suriyadan olan etnik ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə, o cümlədən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Zəngilan, Laçın və Xocalı rayonlarına köçürülməsinin Ermənistan rəhbərliyi tərəfindən dəstəklənməsi və buna şərait yaradılması ciddi narahatlıq doğurur. Ermənistanın bu cür məqsədyönlü hərəkətlərini təsdiq edən informasiya həm beynəlxalq mənbələrdə, həm də Ermənistanın özünün kütləvi informasiya vasitələrində hamı üçün əlyetərlidir.

Şübhəsiz, Ermənistanın əsl niyyəti heç də qaçqınlara humanitar yardım göstərmək deyil. Ermənistan humanizm və həmrəylik şüarı altında özünün işğalçı və təcavüzkar məqsədlərinə nail olmaq üçün suriyalı qaçqınların faciəsindən sui-istifadə edir. Bu, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il tarixli Dördüncü Cenevrə Konvensiyasının və digər protokolların ciddi pozulması deməkdir. Beynəlxalq birlik, xüsusən mandat verilmiş məsul tərəflər Ermənistanın qanunsuz hərəkətlərinə son qoyulması və onun məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görməlidir.

Y. Əliyev vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz torpaqlarından qovulmuş bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, bunun ölkə üçün doğurduğu sosial-iqtisadi nəticələrə baxmayaraq, Azərbaycan 2012-ci ildə suriyalı qaçqınların saxlanması şəraitini yaxşılaşdırmağa töhfə verib, İordaniyada məskunlaşmış bu qaçqınlara Beynəlxalq İnkişaf və Yardım Agentliyi vasitəsilə birbaşa maliyyə yardımı göstərib.

Azərbaycanın daimi nümayəndəsi çıxışının sonunda potensial münaqişələrin qarşısının alınması və mövcud münaqişələrin nizamlanması üçün sülh və təhlükəsizlik naminə mümkün olan bütün tədbirləri görməyə çağırıb.

Xatırladaq ki, 1992-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon erməni silahlı qüvvələri tərəfindən işğal edilib, nəticədə 650 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovulub. BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsini pisləyən, erməni silahlı qüvvələrinin həmin ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Məclisi beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə olunmuş mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının bu qətnamələri əsasında müxtəlif ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar tərəfindən erməni işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlarca başqa qətnamə, o cümlədən Avropa Şurası Parlament Assambleyasının 1416 nömrəli qətnaməsi, İslam Konfransı Təşkilatının (İslam Əməkdaşlıq Təşkilatının) 10/11, 10/37 nömrəli qətnamələri və digər sənədlər qəbul edilib.

Son illərdə Ermənistan hökuməti Suriyadan qaçan etnik ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırılmasını intensivləşdirməklə, 1949-cu il Cenevrə Konvensiyasının 49-cu maddəsini pozur. Hərçənd, həmin qaçqınların Ermənistanın özündə məskunlaşması üçün kifayət qədər yer var, çünki öz ölkəsini tərk edən ermənilərin sayı getdikcə çoxalır. 1992-ci ildən bəri bir milyon Ermənistan vətəndaşı bu ölkəni tərk edib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU

Azərbaycan cüdoçusu dünya çempionatında yarımfinala yüksəlib

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb