“YAŞAT” Fondu şəhid Zərbəli Qafarovun ailəsinə dəstək göstərib
Bakı, 14 yanvar, AZƏRTAC
“YAŞAT” Fondu fəaliyyət istiqamətləri çərçivəsində şəhid Zərbəli Vidadi oğlu Qafarovun ailə üzvləri üçün dəstək tədbirləri reallaşdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onun övladları Xalidə və Həsən fond tərəfindən gerçəkləşdirilən müxtəlif tədbir və layihələrin iştirakçısı olub, eləcə də məktəbli ləvazimatları ilə təmin ediliblər.
Həmçinin Xalidə fondun vəsaiti hesabına Gəncə şəhərində, Xəzər Universitetinin "Dünya" Məktəbində təhsil alır.
Qeyd edək ki, şəhid Zərbəli Qafarov barədə daha ətraflı link vasitəsilə məlumat ala bilərsiniz.
Onu da bildirək ki, “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” bölməsindən əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:17]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [18:17]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [12:04]