YAŞAYIŞ MASSİVİNDƏ AÇIQ MİKROFON GÜNÜ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gəncənin “Yeni Gəncə” yaşayış massivi son illər öz simasını tamamilə dəyişmişdir. Bu günlərdə burada daha bir idman və əyləncə mərkəzinin istifadəyə verilməsi sakinlərin sevincinə səbəb olmuşdur. Bu münasibətlə keçirilən mərasimdə qoyulmuş mikrofonlar əhaliyə arzu və təkliflərini, ürək sözlərini deməyə imkan yaratmışdır. Şəhər icra hakimiyyətinin, xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə keçirilən açıq mikrofon günündə ağsaqqallar, ziyalılar çıxış edərək son illər şəhərdə aparılan abadlıq və quruculuq işlərindən razı qaldıqlarını bildirmiş, buna görə ölkə və şəhər rəhbərliyinə minnətdarlıq etmişlər. İrad və təkliflərlə çıxış edən sakinlərə çatışmazlıqların aradan qaldırılması üçün təcili tədbirlər görüləcəyinə söz verildi.