Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masada nələr müzakirə olunacaq?
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 16-da COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masa keçiriləcək.
Bu barədə AZƏRTAC-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə aşağıdakı mövzuların müzakirəsi gözlənilir:
- Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası;
- Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi;
- Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması;
- Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi;
- Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması.
Qeyd edək ki, dəyirmi masa Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]