Yaşıllıqların qorunması ilə əlaqədar reyd keçirilmişdir
Bakı, 3 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumlarının əməkdaşları yaşıllıqların mühafizəsi ilə əlaqədar paytaxtda reyd keçirmişlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, reyd zamanı Nəsimi rayonu, Azadlıq prospekti, 24 ünvanında ayland, safora və akasiya növündən olan 26 ağacın kökündən kəsildiyi aşkar edilmiş, faktla bağlı akt və protokol tərtib olunmuşdur. Ağacların ETSN-in Dövlət Ekspertiza İdarəsi ilə razılaşdırılmadan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin işçiləri tərəfindən kəsildiyi müəyyən edilmişdir.
Nazirlər Kabinetinin müvafiq qərarının tələblərini pozduğuna görə, həmin idarə 572 min manat məbləğində cərimə olunmuşdur.
Eyni zamanda, Yasamal rayonu ərazisinə baxış keçirilərkən Şərifzadə küçəsində 5 ağacın köküstə kəsildiyi, 6 ağacın isə budandığı məlum olmuşdur. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, ağacların kəsilməsi və budanması qanun çərçivəsində həyata keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]