Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaxın Şərqdə sülhün yeni mərhələsi: Azərbaycanın diplomatik rolu önə çıxır - ŞƏRH

Yaxın Şərqdə sülhün yeni mərhələsi: Azərbaycanın diplomatik rolu önə çıxır -  ŞƏRH

Bakı, 13 oktyabr, AZƏRTAC

Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə çağırılan Sülh Sammiti dünya miqyasında xüsusi diqqət cəlb edir. Misirin Şarm əl-Şeyx şəhərinin ev sahibliyi etdiyi bu tədbirdə Azərbaycanın da ən yüksək səviyyədə iştirakı ölkəmizin Yaxın Şərqdə sülhə töhfə verən dövlətlər sırasında yer almasının daha bir konkret təzahürüdür.

AZƏRTAC xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzinin analitik qrupunun şərhində bildirilib.

Qeyd olunub ki, bu kontekstdə Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatları və Misir prezidentləri Donald Trampla Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfər edib. Misir və ABŞ prezidentlərinin həmsədrlik etdikləri Sammitə Azərbaycan da daxil olmaqla 20-dən çox ölkənin liderinin qatılması tədbirin əhəmiyyətini bir daha nümayiş etdirir.

Vurğulanıb ki, oktyabrın 9-da İsrail və Fələstinin HƏMAS hərəkatı Yaxın Şərqdə vəziyyətin nizamlanması üçün sülh planı çərçivəsində ilk razılaşmaları imzalayıb. Buna əsasən, HƏMAS bütün girovları azad etməli, İsrail isə qoşunlarını razılaşdırılmış xəttə çəkməlidir. Artıq oktyabrın 10-da İsrail ordusunun qüvvələri anklavdakı müəyyən olunmuş xətlərə ilkin çıxarılmanı başa çatdırıblar. “Haaretz” qəzetinin məlumatına görə, Qəzza zolağından xeyli sayda hərbçi çıxarılıb. Lakin qəzet yazır ki, İsrail komandanlığı geri çəkilmə xətti boyunca yerləşən bölmələrin öz təşəbbüsləri ilə hərəkət edən qüvvələrin hədəfinə çevrilə biləcəyindən narahatdır.

Bütün bunlara baxmayaraq, ABŞ Prezidenti Donald Tramp əldə olunan razılaşmaların təkcə Qəzza zolağında deyil, bütövlükdə Yaxın Şərqdə sülhə gətirib çıxaracağına əminliyini ifadə edib.

Eyni zamanda qeyd edilməlidir ki, İsrail və HƏMAS sülhə razılıq versələr də, Yaxın Şərq Sülh Sammitində iştirakdan imtina ediblər. Fakt ondan ibarətdir ki, sülh üçün böyük dövlətlər tərəfindən ciddi addımlar atılsa da, bu məqsədə nail olmaq asan deyil.

Düzdür, oktyabrın 10-da tərəflər arasında rəsmən atəşkəs elan edilsə də, hələ də həll olunmamış bir çox məsələlər qalmaqdadır. Məsələn, İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, girovların qaytarılması mərhələsindən sonra əsas prioritet HƏMAS-a bağlı bütün terror tunellərinin ABŞ rəhbərliyi və nəzarəti altında yaradılacaq beynəlxalq mexanizm vasitəsilə məhv edilməsi olacaq. Onun sözlərinə görə, İsrail ordusu HƏMAS-ın uzun illər ərzində qurduğu yeraltı infrastrukturu tamamilə sıradan çıxarmağa hazırlaşır.

HƏMAS isə hələlik silahı yerə qoymaq niyyətində deyil. Təşkilat Qəzza zolağında ikiillik müharibə nəticəsində zəifləmiş mövqelərini bərpa etməkdə maraqlıdır. “Financial Times”ın yazdığına görə, rəsmi atəşkəs oktyabrın 10-da qüvvəyə mindikdən sonra HƏMAS üzvləri mühüm nöqtələrdə hərbi nəzarəti bərpa etmək üçün bütün zolaqda sürətlə yerdəyişmələrə başlayıblar. Halbuki Donald Trampın 20 bəndlik sülh planına əsasən, HƏMAS tərk-silah olmalı və Qəzza zolağına nəzarəti təhvil verməlidir.

İsrailin yüksəkrütbəli kəşfiyyat mənbəyi “Al-Monitor” nəşrinə bildirib ki, İsrail tərəfi HƏMAS-ın tərk-silah məsələsinə əməl etməyəcəyini proqnozlaşdırır. Bundan əlavə, HƏMAS və onunla müttəfiq olan “İslami Cihad” və Fələstinin Xalq Qurtuluş Cəbhəsi kimi qruplaşmalar münaqişə həll edildikdən sonra Qəzza zolağına xaricdən nəzarət ideyasını rədd etdiklərini bəyan ediblər.

Bu fonda ekspertlər hesab edirlər ki, demilitarizasiya prosesinə və sazişin icrasına nəzarət etmək üçün ABŞ-ın himayəsi altında xüsusi sülhməramlı qüvvə yaradılmalıdır. Vaşinqton bu qüvvələrin əsas hissəsinin Qətər, Misir, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və İndoneziya kimi müsəlman ölkələrindən formalaşacağına ümid edir. ABŞ artıq bu prosesi koordinasiya etmək üçün İsrailə 200 nəfərlik hərbi komanda göndərib.

Beynəlxalq müşahidəçilərin fikrincə, Trampın 20 bəndlik sülh planının ikinci mərhələsi birincidən xeyli çətin olacaq. Çünki bu mərhələ HƏMAS-ın silahsızlaşdırılmasını və onun hərbi-siyasi qüvvə kimi tamamilə aradan qaldırılmasını nəzərdə tutur. İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon “Fox News”a açıqlamasında qeyd edib: “Birinci mərhələ ən asandır. İkinci mərhələ daha çətindir. Çünki ikinci mərhələdə HƏMAS silahlarını yerə qoymalıdır. Qəzza hərbsizləşdirilməlidir. Bu, çox vaxt aparacaq”.

Bununla belə, qeyd edilməlidir ki, Qəzzada sülhün təmin olunması üçün beynəlxalq ictimaiyyət siyasi iradə sərgiləyir. Yaxın Şərq Sülh Sammiti də məhz bu iradənin təzahürüdür. Dünya ictimaiyyətinin bu səylərinə nə İsrailin, nə də HƏMAS-ın qarşı çıxmağa gücü yetməz.

Sülh prosesinə töhfə verən ölkələr arasında Azərbaycan da xüsusi yer tutur. Çünki Yaxın Şərq kimi mürəkkəb geosiyasi məkanda Azərbaycan kimi tarazlaşdırılmış, müstəqil və çoxvektorlu xarici siyasət yürüdən dövlətin rolu mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan həm diplomatik fəallığı, həm də multikulturalizm və dinlərarası dialoq təcrübəsi ilə Yaxın Şərqdə sülh prosesinə real töhfə verən ölkələrdəndir. Ölkəmizin xarici siyasət strategiyası tarazlıq prinsiplərinə əsaslanır - Azərbaycan həm Qərb, həm də Şərq dövlətləri ilə qarşılıqlı faydalı münasibətlər saxlayır, müxtəlif dini və mədəni mərkəzlər arasında körpü rolunu oynayır.

Bu amil Bakının Yaxın Şərqdəki sülh təşəbbüslərində etibarlı tərəfdaş kimi qəbul edilməsinə imkan yaradıb. Azərbaycanın İsrail və Fələstinlə münasibətləri bunun bariz nümunəsidir: Bakı həm İsraillə strateji əməkdaşlıq edir, həm də Fələstin xalqının dövlət qurmaq hüququnu dəstəkləyir.

Azərbaycanın sülh prosesində ən böyük üstünlüyü çoxmillətli və multikultural cəmiyyət modelidir. Bakı illərdir dinlərarası dialoq və tolerantlıq mövzusunda beynəlxalq təşəbbüslər irəli sürür. Bakı Humanitar Forumu, Dinlərarası Dialoq Konfransı və Mədəniyyətlərarası Dialoq forumları kimi tədbirlər Yaxın Şərq ölkələrinin nümayəndələrini bir araya gətirir. Bu platformalar vasitəsilə Azərbaycan müsəlman ölkələri, o cümlədən Yaxın Şərqdəki dövlətlər arasında qarşılıqlı anlaşmanı və mədəni yaxınlaşmanı təşviq edir.

Azərbaycanın Yaxın Şərqdəki sülh missiyası Türkiyə ilə strateji ittifaq fonunda daha da güclənib. Ankara regionda əsas diplomatik və hərbi güclərdən biri kimi sülh təşəbbüslərində fəal rol oynayır. Azərbaycan-Türkiyə tandemi Yaxın Şərqdə ədalətli və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin formalaşmasında ortaq mövqe nümayiş etdirir.

Azərbaycanın yanaşması aydındır: Yaxın Şərqdə sülhün bərqərar olması üçün güc amili kənara qoyulmalı, diplomatiya və qarşılıqlı anlaşma ön plana çəkilməlidir. Məhz bu səbəbdən ölkəmiz ABŞ Prezidentinin sülh planını tam dəstəkləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə