YAY ŞUMU QALDIRILIR
Ağsu, 24 iyul (AZƏRTAC). Taxıl biçinini optimal müddətdə və itkisiz başa çatdıran Ağsu rayonunun torpaq mülkiyyətçiləri kütləvi surətdə yay şumuna başlamışlar. Rayon icra hakimiyyətinin aqrar şöbəsindən verilən məlumatda bildirilir ki, bu mühüm tədbirin həyata keçirilməsinə 60-dək texnika cəlb olunmuşdur. Az vaxtda 750 hektaradək sahə şumlanmışdır. Rayonun əksər ərazilərində, xüsusilə Kəndoba, Muradlı, Gəgəli ərazi vahidlərində bu iş daha mütəşəkkil surətdə davam etdirilir.
Qeyd edək ki, qarşıdakı payızda rayonda 37 min hektardan çox sahədə təkcə payızlıq taxıl əkiləcəyi gözlənilir. Taxılçılıqla məşğul olan sahibkarlar yüksək məhsuldarlıq üçün torpağın şumlanmasına ciddi diqqət yetirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]