Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaz-tarla işləri necə təşkil edilməlidir?

Yaz-tarla işləri necə təşkil edilməlidir?

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”

Bakı, 25 fevral, AZƏRTAC

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da buğda bitkisi əhalinin əsas qida mənbəyi hesab olunur. Buğdadan hazırlanan geniş çeşidli məhsullar artıq neçə minilliklərdir ki, əhalinin ərzağa olan tələbatının ödənilməsində başlıca yer tutur. Taxılçılığın inkişafı əhalinin ərzaq məhsullarına olan tələbatını ödəməklə yanaşı, heyvandarlığın inkişafı üçün də möhkəm yem bazası yaradır. Elə bu səbəbdən də respublikamızda taxılçılıq kənd təsərrüfatının əsas sahələrindən biri hesab olunur. Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzində olmalıdır. Bununla əlaqədar olaraq aqrar elmin qarşısında duran əsas məsələ əkin sahələrindən daha yüksək keyfiyyətli məhsul almaqdan ibarətdir.

Əkin sahələrinə qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi əsas və həlledici amillərdən biridir. Respublikamızda mövcud olan təbii iqlim şəraiti payızlıq taxıllardan daha yüksək (70-80 sen/ha) dən məhsulu almağa imkan verir. Payızlıq taxılların böyüyüb inkişaf etməsinə və məhsuldarlığına təsir edən amillər əsasən 2 qrupa bölünür ki, buraya nizamlanmayan və nizamlanan amillər daxildir. Nizamlanmayan amillər (illik yağmurların miqdarı, günəş radiasiyası, illik fəal temperaturların cəmi və s.) əsasən təbii amilləri əhatə etməklə birbaşa idarə olunmağa və nəzarətə tabe olmurlar. Respublikamız şəraitində bu amillərin çoxu kifayət miqdarda və yaxud artıqlaması ilə mövcud olmaqla, payızlıq taxılların məhsuldarlığını məhdudlaşdırmırlar.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Faiq Xudayev AZƏRTAC-a müsahibəsində fermerlərə yaz-tarla işləri ilə bağlı tövsiyələrini çatdırıb:

-Respublikamızda mövcud olan əlverişli təbii iqlim şəraiti payızlıq taxıllardan daha yüksək (70-80 s/ha) dən məhsulu almağa imkan verir. Yüksək dən məhsulunun formalaşmasına nizamlanan (suvarma, yemləmə gübrələrinin verilməsi, alaqlarla mübarizə, yaşıl malanın çəkilməsi, xəstəlik və zərərvericilərlə mübarizə aparılması və s.) amilləri yüksək aqrotexniki səviyyədə idarə etməklə nail olmaq olar. Məlumdur ki, payızlıq taxıllar qış dövründə xarici mühitin əlverişsiz amillərinin təsiri nəticəsində inkişafdan qalır və bəzən də tamamilə məhv olur. Buna görə əkin sahələrinə qulluq işində əsas vəzifə qışda və erkən yazda bitkilərin qorunub saxlanmasıdır. Payızlıq taxıl əkini sahələrindən yüksək məhsul götürmək üçün gübrələmənin əhəmiyyəti müstəsna dərəcədə böyükdür. Torpağın tipindən, sələf bitkidən, torpağın gübrələmə dərəcəsindən və s. asılı olaraq əkin sahələrinə mineral gübrələrin düzgün verilməsi bitkilərin normal böyüməsinə və inkişafina şərait yaradır, onların xəstəliyə, şaxtalara və quraqlığa davamlığını artırır.

Bütün gübrələr sahəyə bərabər surətdə səpilməlidir. Gübrələr əsasən şum qatının altına verilməlidir. Çünki bu qat üst qata nisbətən həmişə rütubətli olduğundan bitkilərin gübrəni mənimsəməsi üçün şərait yaradır. Bu baxımdan səpindən qabaq şum altına fiziki çəki hesabı ilə hektara 350-400 kiloqram fosfor gübrəsinin verilməsi olduqca vacibdir. Sortların qida maddələrinə yüksək dərəcədə tələbkar olduğunu nəzərə alaraq, gübrə normalarını nizamlamaq son dərəcədə vacibdir. Həmin sortlar əkilən sahələrə erkən yazda torpaq-iqlim şəraitindən asılı olaraq, hər hektara fiziki çəkidə 250-300 kiloqram ammonium şorası, yaxud 200 kiloqrama qədər karbamid verilməsi məsləhətdir. Azot gübrəsinin 15-20 faizi səpindən qabaq, 60 faizi erkən yazda, 20-25 faizi isə bitkilərin boruya çıxma fazasında yemləmə şəklində verilməlidir. Əgər payızda səpindən qabaq azot gübrəsi verilməyibsə, onda erkən yazda bitkilərə əlavə gübrə şəklində mineral gübrələr verilənə qədər onların qidaya tələbatını qismən də olsa ödəmək üçün gübrə normasının müəyyən hissəsini qışda vermək məsləhətdir.

Yaz yemləmə gübrəsi taxılların boruya çıxma mərhələsindən qabaq verilməlidir. Çünkü bu zaman daxildə sünbül hələ formalaşmamışdır. Ona görə də qabaqcadan verilən yemləmə gübrəsi sünbüldə sünbülcüklərin sayını artırmaqla onun tam formalaşmasına şərait yaradır. Buna görə də gübrələrin verilmə müddətlərinə düzgün riayət etmək lazımdır. Erkən yazda torpaqda rütubətin buxarlanmasının qarşısını almaq və bitkilərin kök sisteminin yaxşı inkişaf etməsi üçün, əsasən də quraq dəmyə şəraitində bitkilərə yemləmə gübrəsi verildikdən sonra əkinləri səpinin köndələninə yüngül dişli mala ilə malalamaq lazımdır. Bu zaman əmələ gəlmiş xırda qaysaqlar dağıdılır, torpaqdan rütubətin buxarlanmasının qarşısı alınır, xırda alaq cücərtiləri məhv olur və kök sisteminin havalanması yaxşılaşır. Yadda saxlamaq lazımdır ki, əkinlərə mala bitkilərin tam kollanma mərhələsində çəkilməlidir.

Payızlıq dənli bitkilərdən yüksək məhsul götürülməsində mühüm şərtlərdən biri də suvarmadır. Torpaq-iqlim şəraitindən asılı olaraq vegetasiya dövründə iki-dörd dəfə su verilməlidir. Qışı yağıntılı keçən illərdə torpaq-iqlim şəraitindən asılı olaraq fevralın üçüncü yaxud martın birinci ongünlüyündə birinci vegetasiya suvarılmasına başlamaq məsləhətdir.

Əgər səpindən sonra əkinlər suvarılmayıbsa və havalar quraq keçirsə, onda qış aylarında bitkilər mütləq suvarılmalıdır. Suvarma bölgələrində payızlıq taxıldan az məhsul götürülməsinin başlıca səbəblərindən biri də suvarmanın vaxtında aparılmamasıdır. Bilmək lazımdır ki, suvarmanın 8-10 gün gecikdirilməsi məhsulun 15-20 faiz azalmasına səbəb olur. Suvarma erkən səpin aparılmış sahələrdə başlanmalı və qısa müddətdə qurtarmalıdır.

Bəzi təsərrüfat rəhbərləri və mütəxəssisləri cüzi miqdarda yəni 15-20 millimetr yağıntı ilə kifayətlənərək suvarmanı dayandırırlar. Taxıl isə bundan xeyli artıq rütubət tələb edir. Deməli, yağıntılar az olanda suvarmanı davam etdirmək məhsuldarlığı artırmaq deməkdir.

Ümumiyyətlə, vegetasiya dövründə torpaqda olan nəmliyin miqdarına nəzarət etməklə onun tarla rütubət tutumunun 70-75 faizindən aşağı düşməsinə yol verilməməlidir.

Alaqlar mədəni bitkilərin, o cümlədən payızlıq buğdanın məhsuldarlığını aşağı salan amillərdən biridir. Alaq otları məhsuldarlığı aşağı salmaqla yanaşı, məhsulun keyfiyyətini də pisləşdirir. Yazda taxıla qulluq işlərindən biri də alaqlara qarşı kimyəvi mübarizədir. Bu məqsədlə dövlət qeydiyyatından keçmiş kimyəvi preparatlarından istifadə edilməsi tövsiyə olunur. Hazırda birləpəli alaqlara (yabanı vələmir, çoxillik qaramuq, bülbülotu və s.) qarşı geniş istifadə olunan herbisidlərə əsasən Tovap, Puma Super və Topik aiddir. Tovap herbisidi hektara 0,13-0,15 litr hesabı ilə, Puma Super herbisidi hektara 0,8-1,0 litr, topik herbisidi isə hektara 0,35-0,40 litr hesabı ilə verilir. Bu herbisidlərin göstərilən miqdarı yazda payızlıq buğdanın kollanma mərhələsində alaqların hansı yarpaq fazasında olmasından asılı olaraq 200-300 litr aralıqda suda həll edilərək sahələrə çilənməlidir.

İstifadə etməzdən əvvəl etiket qaydalarını diqqətlə oxumaq lazımdır. İstifadədən əvvəl qoruyucu paltar, əlcək, qoruyucu eynək və üz maskası geyinilməlidir. İstifadə zamanı siqaret çəkmək və içki içmək olmaz. Pestisid işlədildikdən sonra boşaldılmış qabları su mənbələrinə və yaşayış yerlərinə yaxın sahələrə atmaq qadağandır. Boş qablar zərərsizləşdirilməlı və ya torpağa basdırılmalıdır. Dərmanlanmış ərazidə heyvanları otarmaq olmaz. Çiləmədən öncə çiləyicidə dərman yaxşıca qarışdırılmalıdır. Çiləmə zamanı çalışmaq lazımdır ki, alaqlar dərmanla yaxşı islansın. Əgər 2 saat ərzində yağışın yağması gözlənilirsə, dərmanı tətbiq etmək olmaz. Bitkilər stress vəziyyətdə, yəni çox isti, rütubətli şəraitdə, xəstəlik və zərərvericilərlə sirayətləndikdə, azot çatışmazlığı olduqda, küləkli havada və küləyin əksi istiqamətində çiləmə aparılması məsləhət deyil.

Taxıl əkinlərində yayılmış ikiləpəli alaqlara (adi turpəng, çöl gülü, çöl qanqalı, çöl sarmaşığı və s.) qarşı Oskar herbisidi hektara 0,02 kiloqram hesabı ilə, 2.4-D herbisidinin amin duzu hektara 1,0-1,2 kiloqram, Lintur herbisdi 0,150-0,180 kiloqram, Qran Star herbisidi isə 0,018 kiloqram hesabı ilə verilir. Fermer təsərrüfatında aparılan təcrübələr göstərir ki, Lintur, Qran Star herbisidlərini Topik və Puma Superlə, Oskar isə Tovapla 200-300 litr suda qarışdırılaraq bir dəfəyə verilməsi iqtisadi cəhətdən daha səmərəlidir. Çiləmədən öncə çiləyicidə dərman yaxşıca qarışdırılmalıdır. Çiləmə zamanı çalışmaq lazımdır ki, alaqlar dərmanla yaxşı islansın. Əgər 2 saat ərzində yağışın yağması gözlənilirsə, dərmanı tətbiq etmək olmaz. Burada da bitkilər stress vəziyyətdə, yəni çox isti, rütubətli şəraitdə, bitkilər xəstəlik və zərərvericilərlə sirayətləndikdə, azot çatışmazlığı olduqda, küləkli havada və küləyin əksi istiqamətində çiləmə aparılması məsləhət görülmür.

Respublikada taxıla qış-yaz dövründə siçana bənzər gəmiricilər daha çox ziyan vururlar. Dəstə halında yaşayan gəmiricilər aran və dağətəyi rayonların hamısında geniş yayılıb. Bu məqsədlə avtol və ya bitki yağı qarışdırılmış 10 faizli sink-fosfidlə zəhərlənmiş dəndən istifadə olunur. Hər işçi yuvaya 0,5-1,0 qram hesabı ilə zəhərli dən qoyulur. Aldadıcı yemi bitkinin yaşıl, yumşaq hissələrindən hazırlamaq da olar. Onu topalar şəklində yığmaq və yüngülcə islatmaq lazımdır. Çöl siçanları hazırlanmış belə aldadıcı yemi ilin isti vaxtlarında da yaxşı yeyir və məhv olurlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

15 İyun - müstəqil hüquqi dövlət quruculuğu prosesinin başlanması tarixidir ŞƏRH

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO