YAZIÇI ÇİNGİZ AYTMATOVUN CƏNAZƏSİNİN VƏTƏNƏ GƏTİRİLMƏSİ VƏ DƏFNİ İLƏ BAĞLI DÖVLƏT KOMİSSİYASI YARADILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı Kurmanbek Bakiyevin Fərmanı ilə Almaniyanın Nürenberq şəhərindəki klinikada vəfat edən dünya şöhrətli yazıçı Çingiz Aytmatovun cənazəsinin Vətənə gətirilməsi və dəfni ilə bağlı Dövlət Komissiyası yaradılmışdır.
Qırğızıstanın dövlət katibi Nur Uulu Dospol komissiyanın sədri, xarici işlər, səhiyyə, mədəniyyət nazirləri və başqaları üzvləri təsdiq edilmişlər.
Məlumatda deyilir ki, komissiyanın sədri və üzvləri iyunun 12-də səhər tezdən xüsusi reyslə Almaniyaya uçacaq və elə həmin gün böyük yazıçının cənazəsi Vətənə gətiriləcəkdir.
İyunun 14-də T.Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı, Qırğızıstan Qəhrəmanı Çingiz Aytmatovla vidalaşma mərasimi keçiriləcəkdir.
Dövlət başçısının Fərmanı ilə həmin gün Qırğızıstanda matəm günü elan olunmuşdur.
Böyük yazıçının vəsiyyətinə görə, o, Bişkek yaxınlığındakı “Ata-Beyit” muzey-memorial kompleksində atası Torekul Aytmatovun yanında torpağa tapşırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]