Yəməndə sel və daşqınlar nəticəsində 148 nəfər ölüb
Qahirə, 24 avqust, AZƏRTAC
Silahlı münaqişədən və COVID-19 pandemiyasından əziyyət çəkən Yəmən sel və daşqınların törətdiyi dağıntılarla da üz-üzə qalıb. AZƏRTAC xəbər verir ki, təbii fəlakət nəticəsində 148 yəmənli ölüb, 300 mindən çox sakin isə evsiz-eşiksiz qalıb.
BMT-nin Qaçqınlar üzrə Ali komissarının sözçüsü Andrey Mahecic bəyan edib ki, sel və daşqınlar nəticəsində minlərlə insan işsiz qalıb, habelə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri ləngiyir. O əlavə edib ki, yaşayış yerlərini itirmiş və ərzaq təminatından məhrum olmuş insanlar yeni növ koronavirus qarşısında daha müdafiəsiz qalıblar.
Yəmənin Mərib, Əmran, Həccah, Hodeydah, Ləhc, Əden və Əbyan vilayətlərində daha çox dağıntıların olduğu bildirilir. Evlərini itirmiş insanlar məscidlərdə və məktəblərdə sığınacaq axtarırlar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]