Yeni albomda rəssamın poetik düşüncələri rənglərin dili ilə əksini tapmışdır
Baki, 17 may (AZƏRTAC). Tanınmış rəssam Qafar Sarıvəllinin “Obrazlar qalereyası (rəngkarlıq)” albomu “Nurlan” nəşriyyatında işıq üzü görmüşdür.
AZƏRTAC xəbər verir ki, albomdakı rəngli boya ilə işlənmiş 50-yə yaxın tabloda rəssam tanınmış ədəbiyyat, incəsənət xadimləri, elm fədailəri və sadə zəhmət adamlarının obrazlarını canlandırmışdır.
“Demə Səməd Vurğun gəldi-gedərdi”, “Mirvarid Dilbazi-üç nəslin şairi”, ”Qədirin Qarabağ harayı”, “Aşıq Ədalətin Kərəm yanğısı”, “Yazıçı Natəvan Dəmirçioğlu” əsərləri, sadə insanlara həsr edilmiş “Yurda bağlı ömür”, “Qarabağlı qadın”, “Türkiyəli soydaşlarım”, ”Ömür keçdi”, “Ata-oğul” və başqa tablolarda rəssamın poetik düçüncələri rənglərin dili ilə əksini tapmışdır.
Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev alboma “ön söz”ündə yazır: Qafar Sarıvəllinin çox müxtəlif insan talelərinə işıq salan portretlərində bu mənəvi enerjinin tükənmədiyinə şahidlik etdiyimizdən, qətiyyətlə demək olar ki, o, hələ bundan sonra da pərəstişkarlarına rənglərin yeni-yeni bədii möcüzələrini təqdim edə biləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]