Azərbaycan Dövlət İnformasiya Agentliyi

YENİ AZƏRBAYCAN PARTİYASI DÜNƏNİN, BU GÜNÜN VƏ GƏLƏCƏYİN PARTİYASIDIR

Noyabrın 18-də “Gülüstan” sarayında “Yeni Azərbaycan Partiyası: Azərbaycanın dünəni, bu günü və gələcəyi” mövzusunda konfrans keçirilmişdir.

YAP-ın icraçı katibi Əli Əhmədov konfransı giriş sözü ilə açaraq dedi ki, Yeni Azərbaycan Partiyasının 10 illik yubileyi ilə əlaqədar tədbirlər proqramına daxil olan konfransdan başlıca məqsəd partiyanın yaradılmasının, keçdiyi tarixi yolun və perspektivlərinin elmi təhlilindən ibarətdir.

YAP sədrinin müavini, Milli Məclisin sədri Murtuz Ələsgərov “Yeni Azərbaycan Partiyası üçüncü minilliyin partiyasıdır” mövzusunda məruzə etdi. O, dövlətimizin tarixinin çox mürəkkəb dövründə yaradılan bu ən iri siyasi təşkilatın formalaşması tarixindən danışdı. Suveren respublikanın təşəkkül tapmasının həmin mərhələsində ağır vəziyyətdə olan ölkəmiz cəmiyyətin intellektual, sosial-iqtisadi potensialını müstəqilliyin qorunub saxlanmasına yönəltməyə qadır olan müdrik, uzaqgörən siyasətçiyə ehtiyac duyurdu. Bütün bu keyfiyyətlərə və xalq arasında çox böyük hörmət və nüfuza malik olan belə siyasətçi o vaxtlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyev idi. Azərbaycan xalqı qurtuluşa olan ümidlərini blokada vəziyyətində olan Naxçivan əhalisini xilas etmək vəzifəsini uğurla yerinə yetirən və ölkədə gedən mürəkkəb prosesləri diqqətlə izləyən Heydər Əliyevə bağlayırdı. Odur ki, ziyalıların 91 nümayəndəsi Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciət qəbul etdi. Müraciətdə deyilirdi ki, çox böyük təcrübəyə və xalq arasında nüfuza malik siyasətçi kimi o, qısa müddətdə geniş kütlələri əhatə edəcək güclü siyasi partiya yaratmağa qadirdir. 1992-ci il noyabrın 21-də ölkənin bütün bölgələrindən 550 nəfərdən çox nümayəndə Yeni Azərbaycan Partiyasının 1-ci təsis konfransına toplaşdı. Konfransda Yeni Azərbaycan Partiyasının sədri seçilən Heydər Əliyev respublikadakı hərbi-siyasi vəziyyətin obyektiv təhlilini verdi və ölkəni o vaxtki ağır durumdan çıxarmağın konkret yollarını göstərdi.

Daha sonra Murtuz Ələsgərov partiyanın keçdiyi tarixi yoldan söz açaraq vurğuladı ki, onun liderinin şəxsi nüfuzu sayəsində indi YAP-ın 270 mindən artıq üzvü var. O, partiya sədrinin birinci müavini İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti, ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəhi kimi fəaliyyətindən ətraflı danışaraq dedi ki, respublikamızın ictimaiyyəti onun partiyanın II qurultayının qətnaməsində də qeyd olunmuş xidmətlərini yüksək qiymətləndirir. Parlament seçkilərində, - bu seçkilərdə YAP-ın proporsional siyahısına İlham Əliyev başçılıq edirdi, - partiyanın uğurları, seçkiqabağı kampaniya zamanı onun qətiyyətli və məzmunlu çıxışları bu siyasətçiyə, həqiqətən, ümumxalq hörməti qazandırdı.

Qarşıdakı vəzifələrdən də bəhs edən Murtuz Ələsgərov xüsusi vurğuladı ki, Yeni Azərbaycan Partiyası gələcəyin partiyasıdır və cəmiyyətin avanqardı olacaqdır.

Sonra Yeni Azərbaycan Partiyası sədrinin müavini, əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev “Ümid körpüsündən Bakı-Ceyhana” mövzusunda məruzə etdi. O, müasir dövrün görkəmli siyasətçisi Heydər Əliyevin blokadadakı Naxçıvan Muxtar Respublikasının 350 minlik əhalisinin, sonra isə bütün Azərbaycanın xilas edilməsindən başlanmış, neft strategiyasının həyata keçirilməsinə və nəhayət, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulmasınadək keçdiyi şanlı yoldan söhbət açdı. Natiq vurğuladı ki, milli liderə hörmət və məhəbbət həm bu partiyanın üzvlərinin, həm də bütün xalqın qəlbində yaşayır.

Əli Nağıyev partiyanın perspektivləri məsələsinə toxunaraq, onun strukturlarının daha da möhkəmlənməsində gənc nəslin mühüm rol oynadığını xüsusi nəzərə çarpdıraraq dedi ki, gənclərin lideri olan İlham Əliyevin YAP sədrinin birinci müavini seçilməsi partiyanın yeniləşməsinə parlaq misaldır. Bu gün partiyanın özəyini gənclərin təşkil etməsi, onun üzvlərinin orta yaş həddinin 50-dən 40-a enməsi faktı gənclərin İlham Əliyevə böyük inamından, Yeni Azərbaycan Partiyasının gələcəyinin onun adı ilə bağlı olmasından xəbər verir.

YAP sədrinin müavini Sirus Təbrizli “Yeni Azərbaycan Partiyasını tarixi zərurət və tarixi şəxsiyyət yaratdı” mövzusunda məruzəsində ölkəmizdə bu yeni siyasi qüvvənin meydana gəlməsi zərurətinin ətraflı təhlilini verdi. O xatırlatdı ki, yarandıqdan cəmi 7 ay sonra partiyanın hakimiyyətə gəlməsinin dünyada analoqu yoxdur.

Bu misilsiz fakt onunla bağlıdır ki, partiyanın liderini, Azərbaycan Prezidenti Heydər Əliyevi əhalinin mütləq əksəriyyəti dəstəkləyirdi. Sirus Təbrizli dedi: “Heydər Əliyev fenomeni xalqımız üçün həmişə əhəmiyyətli olmuşdur, lakin indi bizim üçün daha bir amil - İlham Əliyev amili mövcuddur, ölkənin, Yeni Azərbaycan Partiyasının perspektivləri onun adı ilə bağlıdır”.

Sonra o, respublikanın siyasi həyatının müxtəlif cəhətlərinə toxundu, cəmiyyətin demokratikləşməsi proseslərindən, müxalifətin pozucu fəaliyyətindən danışaraq vurğuladı ki, müxalifət vaxtilə hakimiyyətdə olarkən qısa müddətdə ölkədə antidemokratik mühit yaratdı, Azərbaycanı vətəndaş müharibəsi həddinə gətirib çıxardı. Sosial bazasını və insanlarrın etimadını itirən bu qüvvələrin xalqın adından danışmağa mənəvi haqqı yoxdur.

Partiyanın icraçı katibi Əli Əhmədov “Yeni Azərbaycan Partiyası və Azərbaycanın siyasi gələcəyi: tarixi təcrübədən qaynaqlanan siyasi perspektiv” mövzusunda məruzəsində partiyanın perspektivləri, ideya əsasları üzərində ətraflı dayandı. O, partiyanı ölkənin gələcəyinin təminatçısı kimi səciyyələndirərək vurğuladı ki, milli dövlətçilik ideyalarının əsas parametrləri - suverenliyin və müstəqilliyin qorunub saxlanması, siyasi, iqtisadi və sosial inkişafın, vətəndaşların təhlükəsizliyinin və ictimai sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti yaradılması ölkənin ən iri siyasi təşkilatının fəaliyyətinin öncül istiqamətləridir.

Partiyanın 10 illik tarixi sübut edir ki, onun ideyaları, Proqramı xalqın istək və arzularına uyğundur. Yeni Azərbaycan Partiyasının gücünün qaynaqları Heydər Əliyev amili və partiya üzvlərinin yüksək intellektual potensialıdır. Bundan əlavə, ölkə ictimaiyyəti tərəfindən daim dəstəklənən partiya real siyasi və ictimai qüvvəyə çevrilmişdir.

Əli Əhmədov hər bir siyasi partiyanın gələcəyini müəyyənləşdirən siyasi varislik məsələsindən danışaraq vurğuladı ki, Yeni Azərbaycan Partiyasında onun liderinin siyasi xəttini davam etdirməyə qadir gənc siyasi qüvvələr var. Bu qüvvələrə partiya sədrinin birinci müavini İlham Əliyev başçılıq edir.

Məruzələrdən sonra konfrans öz işini Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadənin rəhbərliyi ilə “Yeni Azərbaycan Partiyası və müstəqil Azərbaycan: milli və hüquqi dövlət quruculuğu strategiyası”, Milli Məclisin daimi komissiyasının sədri Zahid Qaralovun rəhbərliyi ilə “Yeni Azərbaycan Partiyasının yeni Azərbaycan konsepsiyası: ideya baxışları və liberal dəyərlər”, səhiyyə naziri Əli İnsanovun rəhbərliyi ilə “Yeni Azərbaycan Partiyası və sosial-iqtisadi islahatlar” mövzularında bölmə iclaslarında davam etdirdi.

Konfransda Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavinləri Əli Həsənov və Yaqub Eyyubov, Prezidentin İcra Aparatının şöbə müdirləri Əli Həsənov, Fatma Abdullazadə, Yusif Hümbətov, digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib

Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH