Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib

Naxçıvan, 21 noyabr, AZƏRTAC

Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr” müzakirə olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik”,- fikirləri ilə iclası açaraq deyib ki, Ulu Öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirmiş, güclü və qüdrətli Azərbaycan Ordusu yaradılmışdır. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz İkinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzü bərpa etmiş, torpaqlarımız işğaldan azad olunmuş, Azərbaycan düşmən üzərində böyük tarixi qələbə qazanmışdır. Bu qələbənin qazanılmasında yaralanıb sağlamlığını itirənlər və şəhid olanlar da olub.

Ali Məclisin Sədri Vətən müharibəsində yaralananlara şəfa diləyib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iclasda məruzə edərək deyib: 1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyası ötən dövrdə böyük inkişaf yolu keçmişdir. Ulu Öndərimiz Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini belə əsaslandırmışdır: “Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış partiyadır. Buna görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanmasının yox, Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinin təminatçısıdır”.

Qeyd olunub ki, tarix bir daha təsdiq etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mütləq iradəsini əks etdirən siyasi təşkilat kimi dünənimizin, bu günümüzün və gələcəyimizin partiyasıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etmiş, müstəqilliyimizi qorumuşdur. Bu gün isə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev Azərbaycanı davamlı inkişaf yoluna çıxarmış, dünya ölkələri içərisində öz layiqli yerini tutmuşdur. Ölkəmizdəki bugünkü inkişaf və tərəqqiyə, sabitliyə, təhlükəsizlik və yüksək rifaha Yeni Azərbaycan Partiyasının ideoloji prinsiplərinin həyata keçirilməsi nəticəsində nail olunmuşdur. Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi və qazandığı böyük tarixi qələbə də Ümummilli Liderimiz tərəfindən işlənib hazırlanmış və Yeni Azərbaycan Partiyasının platformasında öz əksini tapmış ordu quruculuğu strategiyasının uğurlu davam etdirilməsinin nəticəsidir.

Ali Məclisin Sədri qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verərək deyib: Bu gün Naxçıvan Muxtar Respublikası Yeni Azərbaycan Partiyasının proqramının həyata keçirilməsi nəticəsində yüksək inkişafa nail olmuşdur. Makroiqtisadi göstəricilərin ilbəil artması, abadlıq-quruculuq işlərinin həcminin və miqyasının genişlənməsi, əhali rifahının yaxşılaşması Ulu Öndərimizin yoluna sədaqətin bəhrələridir. Bütün bunların hesabınadır ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sıraları xeyli genişlənmişdir. Hazırda partiyanın muxtar respublika təşkilatının 57 mindən çox üzvü vardır ki, onların da 44 faizi qadınlar, 41 faizi isə gənclərdir. Partiya üzvləri muxtar respublikanın siyasi fəal əhalisinin 18 faizini təşkil edir. Ümummilli Liderimiz deyirdi ki, “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etməkdir”. Dahi şəxsiyyətin bu fikirləri partiyanın Naxçıvan Muxtar Respublika təşkilatının əsas fəaliyyət istiqaməti olmalıdır. Yeni Azərbaycan Partiyasının tarixi və keçdiyi yol müasir Azərbaycanın inkişaf tarixidir. Lakin, biz əldə olunanlarla kifayətlənməməli, real həyat şərtlərinə uyğun olaraq fəaliyyət göstərməliyik. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı bundan sonra da muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlarda yaxından iştirak etməli, ümumi inkişafın mahiyyətinə uyğun təhlillər aparılmalı, işə yaradıcı yanaşılmalı, təkliflər verilməlidir.

Ali Məclisin Sədri deyib: Hər bir siyasi təşkilat özünün gələcəyini düşünür. Çünki bunsuz siyasi fəaliyyət mümkün deyil. Partiyanın Heydər Əliyev adına Gənclər Birliyi də aid dövlət qurumları ilə birlikdə yaradılmış şəraitdən səmərəli istifadə etməli, gənclərin partiya sıralarında formalaşması diqqətdə saxlanılmalı, varislik təmin olunmalıdır. Partiyanın İcra Katibliyi, Gənclər Birliyi, şəhər və rayon təşkilatları yeni üzvlərlə fərdi işə üstünlük verməli, onların siyasi bilikləri yoxlanılmalı, təsadüfi şəxslərin partiya sıralarına qəbuluna imkan verilməməlidir. Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət deməkdir. Qarşıda duran əsas vəzifələrdən biri də hər bir üzvün partiya işində yaxından iştirakını təmin etməkdir. Çalışıb ona nail olmaq lazımdır ki, üzvlər öz fəaliyyətlərində partiyanın prinsiplərini əsas götürsün, onun nüfuzunu qorusun, ideyalarını təbliğ etsin, ictimai-siyasi məsələlərdə aktivlik göstərsin, fəal vətəndaş mövqeyi tutaraq milli dəyərlərimizin, adət-ənənələrimizin qorunması və yaşadılması işində yaxından iştirak etsinlər.

Ulu Öndərimiz deyirdi ki, Yeni Azərbaycan Partiyası qəlbən ona bağlı olanların partiyasıdır. Yalnız bu yolla biz partiyamızı sağlamlaşdıra, daha da mətinləşdirə, daha da gücləndirə bilərik. Ona görə də hər bir partiya üzvü fəaliyyətini ümumi siyasi xəttə uyğun qurmalı, xüsusilə seçki prosesləri zamanı layiqli namizədlər irəli sürülməlidir. Partiya işinin təşkilində ərazi ilk təşkilatlarının üzərinə mühüm vəzifələr düşür. Hazırda muxtar respublikada 502 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Ərazi ilk təşkilatları üçün lazımi iş şəraiti yaradılıb. Ona görə də yerlərdə vətəndaşlarla işə üstünlük verilməli, həyata keçirilən tədbirlərin mahiyyəti düzgün izah olunmalı, səmərəli təbliğat mexanizmi qurulmalı, tikilənlərə, qurulanlara biganə münasibətin qarşısı alınmalıdır.

Qeyd olunub ki, qadınların ictimai-siyasi həyatda fəal iştirakı vacib məsələdir. Partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatında qadınların sayı və fəallığı ilbəil artır. Ona görə də partiyanın qadınlar şuraları yeni layihələr üzərində işləməli, keçirilən tədbirlərin məzmunu və keyfiyyəti artırılmalıdır. Müasir dövrdə informasiya-məlumatlandırma işi sağlam cəmiyyət quruculuğunda əsas məsələdir. İcra Katibliyi, Gənclər Birliyi, şəhər və rayon təşkilatları bu amili diqqətdə saxlamalı, ictimai fikir düzgün istiqamətləndirilməli, partiyanın gənc üzvlərinin, kütləvi informasiya vasitələrinin və sosial medianın imkanlarından səmərəli istifadə olunmalıdır. Partiya işində nizam-intizam başlıca şərtdir. Yeni Azərbaycan Partiyasının üzvü cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini dərk etməli, işə münasibətdə daim tələbkar olmalı, verilən tapşırıqları vaxtında yerinə yetirməlidir. Partiya işini pozan və nüfuzunu qorumayan üzvlər partiya sıralarından kənarlaşdırılmalıdır. Bununla yanaşı, İcra Katibliyində, şəhər və rayon təşkilatlarında, eləcə də ərazi ilk təşkilatlarında sənədlərlə işə də diqqət artırılmalı, arayış və hesabatlar vaxtında təqdim olunmalıdır.

Ali Məclisin Sədri deyib: Ulu Öndərimiz Yeni Azərbaycan Partiyasını yaradarkən qarşıya bir məqsəd qoymuşdu: Azərbaycanın müstəqilliyini qorumaq, Azərbaycanı yaşatmaq və qüdrətli dövlətə çevirmək. Qarşıdakı illərdə də dahi rəhbərin ideyaları əsas fəaliyyət istiqamətimiz olacaqdır. Partiyamızı və ölkəmizi Ümummilli Liderin yolu ilə aparan dövlət başçısı cənab İlham Əliyevin dediyi kimi: “Bizim siyasətimiz Heydər Əliyev siyasətidir, Heydər Əliyevin qoyduğu yoldur. Bizim dayağımız Azərbaycan xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq”.

Ali Məclisin Sədri bu yolda partiya üzvlərinə uğurlar arzulayıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının İcra katibi Anar İbrahimov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabatla çıxış edərək deyib ki, muxtar respublika təşkilatı üç seçki kampaniyasında - 23 dekabr Bələdiyyə və 9 fevral tarixində keçirilmiş Azərbaycan və Naxçıvan Muxtar Respublikasındakı parlament seçkilərində iştirak edib və hər üç siyasi kampaniyada qələbə qazanaraq, siyasi nüfuzunu və sosial dəstəyini bir daha nümayiş etdirib. Bələdiyyə seçkilərində təşkilatımız öz işini seçki qanunvericiliyi əsasında qurub, 170 bələdiyyə üzrə mövcud olan 1486 yerin 1114-nü qazanıb. Milli Məclisə seçkilər üzrə Yeni Azərbaycan Partiyasını təmsil edən namizədlər bütövlükdə muxtar respublikada 99 min 845 etibarlı səs qazanıblar, bu da seçkidə iştirak edən seçicilərin 52 faizini təşkil edir. 2020-ci il yanvarın 1-nə partiya üzvlərinin sayı 56 min 697 nəfər olmuşdursa, hazırda üzvlərin sayı 57 min 241 nəfərdir. Onların 24 min 959-u qadın, 23 min 78-i isə gənclərdir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında ziyalıların və ali təhsilli üzvlərin sayı artıb. Onlardan 39 faizi ali, 21,2 faizi isə orta-ixtisas təhsillidir. Bu gün partiya uçotunda duranların 27-si elmlər, 178-i isə fəlsəfə doktorlarıdır. Bununla yanaşı, üzvlərin 18,8 faizi təhsil, 6,6 faizi səhiyyə, 4,7 faizi elm, mədəniyyət və incəsənət sahəsində, 5,1 faizi idarəetmə strukturlarında, 47,2 faizi digər sahələrdə çalışanlardan, 4,3 faizi təqaüdçülərdən, 4,6 faizi tələbələrdən ibarətdir. Üzvlərdən 3-ü Azərbaycan Respublikasının Milli Məclisinin, 41-i isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Kəndlərdə ərazi ilk partiya təşkilatları üçün iş otaqlarının ayrılması davam etdirilib, 7 ərazi ilk partiya təşkilatı kənd mərkəzlərində müasir iş otaqları ilə təmin olunub. Cari ildə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, şəhər və rayon partiya təşkilatlarının xətti ilə 23 müxtəlif tədbir keçirilib, 21 İdarə Heyəti, 11 Şura yığıncağı olub.

Yeni Azərbaycan Partiyası Ordubad rayon Təşkilatının sədri Ehtibar İsmayılov çıxış edərək deyib ki, siyasi partiyalar o zaman uzunömürlü olur ki, onun arxasında xalq, fəaliyyətində isə real iş dayanır. Sağlam qüvvələri öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası da məhz belə siyasi təşkilatdır. Partiyamızın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin Ali Məclis Sədri tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir ki, muxtar respublikamızın, o cümlədən Ordubad rayonunun siması tanınmaz dərəcədə dəyişilib, yaşayış məntəqələri müasir görkəmə qovuşub. Cari ildə Ordubad rayonunda 24 obyektdə tikinti işləri aparılıb, hər bir yaşayış məntəqəsində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatları üçün lazımi iş şəraiti yaradılıb. Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında 54 ilk partiya təşkilatı mövcuddur və 6513 nəfər partiya sıralarında təmsil olunur. Onlardan 3137-si qadın, 1593-ü isə gənclərdir. 2020-ci ilin ötən dövründə Ordubad rayonunda 184-ü gənc, 137-si qadın olmaqla 289 nəfər Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunub. Partiya üzvləri rayonun, eləcə də muxtar respublikanın ictimai işlərdə daim fəal iştirak edirlər.

Naxçıvan Dövlət Universitetinin müəllimi Aidə Cəlilzadə çıxış edərək deyib: Muxtar respublikada qazanılan ən böyük nailiyyətlərdən biri də yaşından və cəmiyyətdəki sosial statusundan asılı olmayaraq insanlardakı vətənpərvərlik hissidir. Naxçıvanın mərd oğullarının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın əsasında da məhz bu vətənpərvərlik dayanırdı. Hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 23 min 78-i gənclər təşkil edir. Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərdən 12 min 203-ü qadındır. V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə muxtar respublika parlamentində 7 nəfərlə təmsil olunan qadınlarımızın sayı VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə 11 nəfərə çatdırılıb ki, onların da hamısı Yeni Azərbaycan Partiyasının üzvləridir. Partiyamız sıralarında təmsil olunan qadınlarımızdan 1-i Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 186-sı bələdiyyə üzvü, 120-si ərazi ilk partiya təşkilatı sədrləridir. Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk partiya təşkilatının 2162 üzvü vardır. Onlardan 211-i professor-müəllim heyəti, 1210-u isə qızlardır. Vaxtilə ərazi ilk təşkilatının fəalları olan gənclər hazırda ölkəmizin və muxtar respublikamızın müxtəlif ictimai-siyasi strukturlarında uğurla fəaliyyət göstərirlər. Tələbə olarkən Yeni Azərbaycan Partiyasına daxil olaraq ilk siyasi təcrübəsinə buradan başlayan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilən və təhsil aldığım universitetdə müəllim kimi çalışan biri kimi öz timsalımda partiyamızın gənclərin düzgün istiqamətləndirilməsi, istedadlarının üzə çıxarılması və onların önə çəkilməsi, gender bərabərliyinin təmin olunmasındakı rolunu xüsusi vurğulamaq istərdim.

Çıxış edənlər minnətdarlıqlarını bildirib, ordumuzun qazandığı tarixi qələbə münasibətilə Ali Məclisin Sədrini partiya üzvləri adından təbrik ediblər.

Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının qərarı oxunub, Siyasi Şuranın və İdarə Heyətinin yeni tərkibi səsə qoyularaq qəbul edilib. Qərara əsasən Məhərrəmov Saleh Heydər oğlu Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının və İdarə Heyətinin tərkibindən çıxarılıb, İsmayılov Ehtibar Şəhrud oğlu və Cəlilzadə Aidə Məhəmməd qızı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının, İsayev Elbrus Saleh oğlu isə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin tərkibinə daxil ediliblər.

Ehtibar İsmayılov, Aidə Cəlilzadə və Elbrus İsayev göstərilən yüksək etimada görə minnətdarlıq edib, bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasında səylə çalışacaqlarını bildiriblər.

Ali Məclisin Sədri gənclərin siyasi cəhətdən düzgün formalaşdırılması, partiya sıralarındakı nümunəvi gənclərin fəaliyyətinin təbliğ olunması və görüşlərin keçirilməsi, muxtar respublikada nəşr olunmuş kitablardan, xüsusilə də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı”, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının əməkdaşı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi” və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirlinin “Yaratmaq amalı” kitablarının gənclərin vətənpərvərlik tərbiyəsində əsas mənbə kimi istifadə olunması barədə tapşırıqlar verib.

Ali Məclisin Sədri Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü və qazanılan tarixi qələbə münasibətilə partiyanın muxtar respublika təşkilatının üzvlərini təbrik edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir