YENİ İŞ YERLƏRİ AÇILACAQ
Sumqayıtdakı “Elnur-83” özəl firmasında istehsalın genişlədirilməsi işləri tam sürətlə gedir. Bu müəssisə sellofan qablaşdırma məmulatı istehsalı sahəsində ixtisaslaşır. Burada torbalar, paketlər, istixana örtükləri, habelə dənəvər və duru maddələr üçün qablar hazırlanır.
Hazırda müəssisədə 270 fəhlə çalışır. Onların orta əmək haqqı 300-400 min manatdır. Fəhlələrə gündə bir dəfə pulsuz yemək, zərərli iş şəraiti nəzərə alınmaqla isə süd məhsulları verilir.
İstehsal genişləndirildikdən sonra burada fəhlələrin sayı artırılaraq 400 nəfərə çatdırılacaqdır ki, bu da əlavə yüzdən çox adamı işlə təmin etməyə imkan yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]