YENİ KİSƏ FABRİKİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın verdiyi xəbərə görə, “Azbentonit” Məhdud Məsuliyyətli Cəmiyyətin nəzdində müasir texnologiya əsasında kisə fabriki fəaliyyətə başlamışdır. Emal olunan toz məhsullarının qablaşdırılması, həmçinin satış məqsədi ilə yaradılan və Xırdalan qəsəbəsində yerləşən bu müəssisədə polipropilen kisələr istehsal olunur. Bu kisələr kənd təsərrüfatı və ərzaq məhsullarının, inşaat mallarının, habelə müxtəlif sənaye və istehsal sahələrində tətbiq edilən toz məhsullarının qablaşdırılması üçün faydalıdır. Fabrikdə il ərzində 7 milyon 200 min ədəd kisə istehsal olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [21:14]
Maliyyə naziri: Büdcə proqnozlarının icrası uğurla davam edir
- 26.05.2026 [18:45]
“AccessBank” qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək
- 26.05.2026 [18:41]
Tekstil liflərinin sınaqlarına dair yeni dövlət standartları qəbul edilib
- 26.05.2026 [18:30]
Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək
- 26.05.2026 [17:48]
Çinin şirkətləri Azərbaycanda tekstil istehsalına maraq göstərirlər
- 26.05.2026 [17:45]