CƏMİYYƏT
“Yeni klinika”da ilk dəfə döyünən ürəkdə açıq əməliyyat icra olunub


Bakı, 19 sentyabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində ilk dəfə olaraq icbari tibbi sığortanın xidmətlər zərfi daxilində döyünən ürəkdə aorta koronar şuntlama əməliyyatı (AKŞ) icra olunub.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, ürəyin xroniki işemik xəstəliyi diaqnozu ilə “Yeni klinika”ya müraciət edən 1961-ci il təvəllüdlü Cəmilə Kərimovanın ürək damarında - sol ön enən arteriyanın (LAD) proksimalının uzun seqmentinin 100 faiz darlığı müşahidə edilib.
Ürək-damar cərrahları tərəfindən açıq ürək əməliyyatına alınan xəstəyə döyünən ürəkdə (Off Pump - Beating Heart) aorta koronar şuntlama əməliyyatı icra olunub.
Uğurla həyata keçirilən döyünən ürəkdə AKŞ əməliyyatından 4 gün sonra xəstə ambulator müalicə üçün evə yazılıb.