YENİ ÜZÜM BAĞLARI SALINIR
Salyanda üzümçülüyə maraq ilbəil artır. 2007-ci ilin birinci rübündə torpaq mülkiyyətçiləri əlavə 400 hektara yaxın sahədə üzüm tingləri basdırmışlar. Yenikənd kəndi ərazisində 140 hektar, Xalacda isə 250 hektar sahədə süfrə və texniki üzüm plantasiyaları salınmış, bununla da rayonda üzümlüklərin ümumi sahəsi 3 min hektara çatdırılmışdır.
İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, aqrar islahatların uğurla həyata keçirilməsi torpaq mülkiyyətçilərinin seçim imkanlarını artırmışdır. Rayondakı “El-Sa” və “Ələddin-Fermer” Məhdud Məsuliyyətli cəmiyyətləri, habelə bir sıra digər təsərrüfatlar üzümçülük üzrə xeyli ixtisaslaşmışlar. Mütəxəssislərin qənaətinə görə, gələn il üzüm sahələrinin ümumi həcmi daha 1000 hektar genişlənəcəkdir. Hazırda üzüm emalının təşkili imkanları da nəzərdən keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]