RƏSMİ XRONİKA
YENİ ZELANDİYANIN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ XANIM HELEN KLARKA
Hörmətli xanım Baş nazir,
Milli bayramınız - Vaytanqa günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Əminəm ki, xalqlarımızın istək və iradəsi ölkələrimiz arasında yaranan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında daim öz təcəssümünü tapacaqdır.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirməkdən məmnunluq duyur, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 yanvar 2007-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.04.2024 [22:35]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 26.04.2024 [21:00]