Yeniyetmə şpaqaçılarımız Yunanıstanda təlim-məşq toplanışında iştirak edirlər
Bakı, 15 yanvar, AZƏRTAC
Yeniyetmə şpaqaçılarımız Yunanıstanın Saloniki şəhərində təlim-məşq toplanışında iştirak edirlər.
AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, hazırlıq prosesi yanvarın 22-23-də Salonikidə “Cadet Circuit” çərçivəsində keçiriləcək beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır.