“Yeniyetməlik psixologiyası" mövzusunda müzakirələr aparılıb
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 6-da “Azərbaycan İdman Könüllüləri” ictimai birliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə "Yeniyetməlik psixologiyası" mövzusunda onlayn seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, psixoloq Aytən Əliyeva yeniyetməlik və gənclik dövrünün xarakterik xüsusiyyətlərindən, bu dövrdə qazanılan müsbət və mənfi xüsusiyyətlərdən bəhs edib. Qeyd edib ki, yeniyetməlik dövründəki psixoloji böhranı anlamaq üçün bu zamana qədər olan bütün dövrlərin inkişafını bilmək vacibdir.
Bundan başqa, yeniyetmələrdə idman psixologiyasından danışan Aytən Əliyeva gənclərin çox zaman bu sahədə qaşılaşdığı motivasiya əskikliyindən söz açaraq onun həll yollarını açıqlayıb.
Görüşün sonunda psixoloq könüllülərin suallarını cavablandırıb.