Yens Stoltenberq: NATO Kosovodakı hərbi mövcudluğunu daimi etmək niyyətindədir
Belqrad, 21 noyabr, AZƏRTAC
NATO Kosovodakı Sülhməramlı Qüvvələrinin (KFOR) fəaliyyətini daimi etməyi nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Baş katib Qərbi Balkan ölkələrinə səfəri çərçivəsində Priştinada Kosovo Prezidenti Vyosa Osmani ilə görüşüb. Y.Stoltenberq bildirib ki, Kosovodakı son hadisələr fonunda NATO bu ölkədə hərbi mövcudluğunu daimi etməyin zəruri olub-olmadığını qiymətləndirir. KFOR-un şəxsi heyətinin 1000 nəfərə çatdırıldığını deyən Baş katib, bunun alyansın regionda təhlükəsizliyə və sabitliyə verdiyi önəmin göstəricisi olduğunu vurğulayıb.
O, regionda sabitliyin təmin edilməsinin yalnız bütün tərəflərin diplomatiyaya üstünlük verməyi seçməsindən asılı olduğunu qeyd edib.
Y.Stoltenberq Kosovoya səfəri çərçivəsində Baş nazir Albin Kurti və KFOR-un türkiyəli komandanı, general-mayor Özkan Ulutaşla da görüşlər keçirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]