Yevlaxda Dədə Qorqud Parkı yenidən qurulur
Yevlax, 12 fevral, AZƏRTAC
Yevlax şəhərindəki Dədə Qorqud Parkının yenidən qurulmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, parkın ərazisi 650 metr uzunluğunda genişləndirilərək 2 hektara çatdırılacaq. Parkda Dədə Qorqudun heykəli qoyulacaq, geniş abadlıq işləri aparılacaq, yerə plitələr vurulacaq, yaşıllıqlar salınacaq. Həmçinin idman-sağlamlıq qurğuları quraşdırılacaq, uşaq əyləncə mərkəzi, gəzinti yerləri, istirahət guşələri yaradılacaq.
Layihə çərçivəsində parkın ətrafında olan yaşayış binalarının və obyektlərin fasad və interyeri müasir üslubda yenidən qurulacaq, abad məhəllələr salınacaq.