Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib
Yevlax, 7 fevral, AZƏRTAC
Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu gün səhər saatlarında Yevlax-Ağdam-Laçın magistral yolunun Yevlax rayonunun ərazisindən keçən hissəsində "VAZ" və "Xəzər" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "VAZ" markalı avtomobilin sürücüsü Yevlax rayon sakini Elnur Orucov aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:40]
Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib
- 10.06.2026 [18:54]
Culfada ictimai-iaşə obyektinin fəaliyyəti dayandırılıb
- 10.06.2026 [16:19]