YEVLAXDA TAXIL BİÇİNİ BAŞA ÇATMIŞDIR
Yevlax, 18 iyul (AZƏRTAC). Yevlax rayonunda taxıl biçini başa çatmışdır. Rayon statistika idarəsindən bildirmişlər ki, cari ilin məhsulu üçün 14 min 38 hektar sahədə taxıl əkilmişdir ki, bu da əvvəlki illə müqayisədə 5 min 366,9 hektar çoxdur. Taxıl zəmilərinin 10 min 674 hektarında buğda, 3 min 364 hektarında arpa yetişdirilmişdir.
Fermerlər sahələrdən 43 min 870 ton taxıl yığmışlar. Bu, ötənildəkindən 17 min ton çoxdur. Ümumi məhsulun 35 min 864 tonu buğda, 8 min tondan çoxu arpadır. Hər hektardan 31,25 sentner məhsul götürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]