YEVLAXDA YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİ AYLIĞI UĞURLA HƏYATA KEÇİRİLMİŞDİR
Polis şöbəsində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayonda nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə olunmasının qarşısını almaq məqsədi ilə xüsusi reydlər keçirilmiş, idarə və müəssisələrdə, orta məktəblərdə aylığa həsr olunmuş söhbətlər təşkil olunmuşdur. Reydlər zamanı yol hərəkəti qaydasını pozan 394, nəqliyyat vasitəsini sərxoş halda sürən 110, yol polisinə tabe olmayan 33, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edən 60 sürücü aşkar edilmiş və onların haqqında müxtəlif inzibati cəza tədbirləri görülmüşdür.