Yevlaxlı gənclər ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü qeyd etmişlər
Yevlax, 8 may (AZƏRTAC). Yevlax rayonunun Aran qəsəbəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə rayonun kənd və qəsəbələrində yaşayan gənclər iştirak etmişlər.
YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev, təşkilatın qadınlar şurasının sədri Əminə Əhmədova, 2 nömrəli mədəniyyət evinin direktoru Zöhrə Adıgözəlova və başqaları tədbirdə çıxış edərək ümummilli liderin zəngin həyat və fəaliyyətindən, xilaskarlıq rolundan, gənclərə qayğısından, həyata keçirilən dövlət gənclər siyasətindən danışmışlar. Bildirilmişdir ki, əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət gənclərin hərtərəfli inkişafını, onların cəmiyyətin həyatında fəal iştirakını təmin edir.
Rəngarəng musiqi nömrələri ilə davam edən tədbirdə müxtəlif səhnəciklər göstərilmiş, şeirlər səsləndirilmişdir.
Tədbirdə bir qrup fəal gəncə YAP rayon təşkilatının fəxri fərmanları və hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]