YOL HƏRƏKƏTİNİN TƏHLÜKƏSİZLİYİ NƏZARƏTDƏDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıtda altı ay ərzində 26 yol–nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 adam həlak olmuş, 27 nəfər isə müxtəlif dərəcəli xəsarət almışdır. Yol polisi əməkdaşları sürətin artırılması üzrə 1101 fakt qeydə almışlar. Avtonəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən sürücülərə qarşı ciddi mübarizə aparılır. Bu cür qayda pozuntularına görə, ilin birinci yarısında 77 nəfər sürücülük hüququndan məhrum olunmuşdur.
Sumqayıt dövlət yol polisində hesab edirlər ki, təhlükəsizliyin təmin olunması və yol hərəkətinin qaydaya salınması üçün görülən inzibati və profilaktik tədbirlər vəziyyəti nəzarət altında saxlamağa imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]